|
- O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı.
- O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».
- Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”».
- Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi.
- Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi.
|
|