Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 36   qeri  
  -1   [font12]   +1  
Numbers 11 [NIV:Azerbaycan]   
 
  1. Now the people complained about their hardships in the hearing of the LORD, and when he heard them his anger was aroused. Then fire from the LORD burned among them and consumed some of the outskirts of the camp.
  2. When the people cried out to Moses, he prayed to the LORD and the fire died down.
  3. So that place was called Taberah, because fire from the LORD had burned among them.
  4. The rabble with them began to crave other food, and again the Israelites started wailing and said, "If only we had meat to eat!
  5. We remember the fish we ate in Egypt at no cost--also the cucumbers, melons, leeks, onions and garlic.
  1. Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi.
  2. Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü.
  3. O yerin adı Tavera qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı.
  4. Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı!
  5. Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq.
 
 
  1. But now we have lost our appetite; we never see anything but this manna!"
  2. The manna was like coriander seed and looked like resin.
  3. The people went around gathering it, and then ground it in a handmill or crushed it in a mortar. They cooked it in a pot or made it into cakes. And it tasted like something made with olive oil.
  4. When the dew settled on the camp at night, the manna also came down.
  5. Moses heard the people of every family wailing, each at the entrance to his tent. The LORD became exceedingly angry, and Moses was troubled.
  1. Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük».
  2. Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi.
  3. Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı.
  4. Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi.
  5. Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi.
 
 
  1. He asked the LORD, "Why have you brought this trouble on your servant? What have I done to displease you that you put the burden of all these people on me?
  2. Did I conceive all these people? Did I give them birth? Why do you tell me to carry them in my arms, as a nurse carries an infant, to the land you promised on oath to their forefathers?
  3. Where can I get meat for all these people? They keep wailing to me, 'Give us meat to eat!'
  4. I cannot carry all these people by myself; the burden is too heavy for me.
  5. If this is how you are going to treat me, put me to death right now--if I have found favor in your eyes--and do not let me face my own ruin."
  1. Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?
  2. Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?
  3. Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər.
  4. Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır.
  5. Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».
 
 
  1. The LORD said to Moses: "Bring me seventy of Israel's elders who are known to you as leaders and officials among the people. Have them come to the Tent of Meeting, that they may stand there with you.
  2. I will come down and speak with you there, and I will take of the Spirit that is on you and put the Spirit on them. They will help you carry the burden of the people so that you will not have to carry it alone.
  3. "Tell the people: 'Consecrate yourselves in preparation for tomorrow, when you will eat meat. The LORD heard you when you wailed, "If only we had meat to eat! We were better off in Egypt!" Now the LORD will give you meat, and you will eat it.
  4. You will not eat it for just one day, or two days, or five, ten or twenty days,
  5. but for a whole month--until it comes out of your nostrils and you loathe it--because you have rejected the LORD, who is among you, and have wailed before him, saying, "Why did we ever leave Egypt?" ' "
  1. Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar.
  2. Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan.
  3. Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz.
  4. Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz.
  5. Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız».
 
 
  1. But Moses said, "Here I am among six hundred thousand men on foot, and you say, 'I will give them meat to eat for a whole month!'
  2. Would they have enough if flocks and herds were slaughtered for them? Would they have enough if all the fish in the sea were caught for them?"
  3. The LORD answered Moses, "Is the LORD's arm too short? You will now see whether or not what I say will come true for you."
  4. So Moses went out and told the people what the LORD had said. He brought together seventy of their elders and had them stand around the Tent.
  5. Then the LORD came down in the cloud and spoke with him, and he took of the Spirit that was on him and put the Spirit on the seventy elders. When the Spirit rested on them, they prophesied, but they did not do so again.
  1. Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”.
  2. Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?»
  3. Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».
  4. Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və çadırın ətrafında dayandırdı.
  5. Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər.
 
 
  1. However, two men, whose names were Eldad and Medad, had remained in the camp. They were listed among the elders, but did not go out to the Tent. Yet the Spirit also rested on them, and they prophesied in the camp.
  2. A young man ran and told Moses, "Eldad and Medad are prophesying in the camp."
  3. Joshua son of Nun, who had been Moses' aide since youth, spoke up and said, "Moses, my lord, stop them!"
  4. But Moses replied, "Are you jealous for my sake? I wish that all the LORD's people were prophets and that the LORD would put his Spirit on them!"
  5. Then Moses and the elders of Israel returned to the camp.
  1. Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər.
  2. Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər».
  3. Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi.
  4. Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!»
  5. Sonra Musa və İsrail ağsaqqalları düşərgəyə qayıtdılar.
 
 
  1. Now a wind went out from the LORD and drove quail in from the sea. It brought them down all around the camp to about three feet above the ground, as far as a day's walk in any direction.
  2. All that day and night and all the next day the people went out and gathered quail. No one gathered less than ten homers. Then they spread them out all around the camp.
  3. But while the meat was still between their teeth and before it could be consumed, the anger of the LORD burned against the people, and he struck them with a severe plague.
  4. Therefore the place was named Kibroth Hattaavah, because there they buried the people who had craved other food.
  5. From Kibroth Hattaavah the people traveled to Hazeroth and stayed there.
  1. Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər istiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərindən iki qulac qədər hündürlüyə saldı.
  2. Bütün o gün, o gecə və ertəsi gün camaat çıxıb bildirçinləri yığdı. Ən az yığan on xomer yığdı. Bildirçinləri özləri üçün düşərgənin ətrafına sərirdilər.
  3. Amma əti hələ dişləri arasında çeynəməmişdən əvvəl xalqa qarşı Rəbbin qəzəbi alovlandı, Rəbb onları şiddətli vəba ilə cəzalandırdı.
  4. O yerin adı Qivrot-Hattaava qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı.
  5. Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı.
 
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 36   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.