Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25  26  27  28  . . . 36   qeri  
  -1   [font9]   +1  
SAYLAR 23 [Azerbaycan:NIV]   
 
  1. Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla».
  2. Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər.
  3. Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.
  4. Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim».
  5. Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de».
  1. Balaam said, "Build me seven altars here, and prepare seven bulls and seven rams for me."
  2. Balak did as Balaam said, and the two of them offered a bull and a ram on each altar.
  3. Then Balaam said to Balak, "Stay here beside your offering while I go aside. Perhaps the LORD will come to meet with me. Whatever he reveals to me I will tell you." Then he went off to a barren height.
  4. God met with him, and Balaam said, "I have prepared seven altars, and on each altar I have offered a bull and a ram."
  5. The LORD put a message in Balaam's mouth and said, "Go back to Balak and give him this message."
 
 
  1. Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar.
  2. Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.
  3. Allahın lənət etmədiyinə mən necə lənət edim? Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
  4. Qayaların zirvəsindən onları görürəm mən, Təpələrdən onlara baxıram. Müstəqil yaşayan, Ellərdən özünü ayıran Bir xalq görürəm.
  5. Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!»
  1. So he went back to him and found him standing beside his offering, with all the princes of Moab.
  2. Then Balaam uttered his oracle: "Balak brought me from Aram, the king of Moab from the eastern mountains. 'Come,' he said, 'curse Jacob for me; come, denounce Israel.'
  3. How can I curse those whom God has not cursed? How can I denounce those whom the LORD has not denounced?
  4. From the rocky peaks I see them, from the heights I view them. I see a people who live apart and do not consider themselves one of the nations.
  5. Who can count the dust of Jacob or number the fourth part of Israel? Let me die the death of the righteous, and may my end be like theirs!"
 
 
  1. Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!»
  2. Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?»
  3. Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu».
  4. Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi.
  5. Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur».
  1. Balak said to Balaam, "What have you done to me? I brought you to curse my enemies, but you have done nothing but bless them!"
  2. He answered, "Must I not speak what the LORD puts in my mouth?"
  3. Then Balak said to him, "Come with me to another place where you can see them; you will see only a part but not all of them. And from there, curse them for me."
  4. So he took him to the field of Zophim on the top of Pisgah, and there he built seven altars and offered a bull and a ram on each altar.
  5. Balaam said to Balak, "Stay here beside your offering while I meet with him over there."
 
 
  1. Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de».
  2. Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?»
  3. Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as.
  4. Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
  5. Budur, xeyir-dua üçün əmr aldım; O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm.
  1. The LORD met with Balaam and put a message in his mouth and said, "Go back to Balak and give him this message."
  2. So he went to him and found him standing beside his offering, with the princes of Moab. Balak asked him, "What did the LORD say?"
  3. Then he uttered his oracle: "Arise, Balak, and listen; hear me, son of Zippor.
  4. God is not a man, that he should lie, nor a son of man, that he should change his mind. Does he speak and then not act? Does he promise and not fulfill?
  5. I have received a command to bless; he has blessed, and I cannot change it.
 
 
  1. Yaqubda bədbəxtlik üz verməyəcək. İsraildə bəla olmayacaq. Özlərinin Allahı Rəbb onlarladır, Onları padşah kimi alqışlayırlar.
  2. Allah onları Misirdən çıxardı; Onların çöl öküzü kimi qüvvəti vardır.
  3. Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!”
  4. Budur, xalq dişi aslan tək oyanır, Şir kimi qalxır, Şikarını yeməyincə, Ölənlərin qanını içməyincə yatmayacaq».
  5. Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver».
  1. "No misfortune is seen in Jacob, no misery observed in Israel. The LORD their God is with them; the shout of the King is among them.
  2. God brought them out of Egypt; they have the strength of a wild ox.
  3. There is no sorcery against Jacob, no divination against Israel. It will now be said of Jacob and of Israel, 'See what God has done!'
  4. The people rise like a lioness; they rouse themselves like a lion that does not rest till he devours his prey and drinks the blood of his victims."
  5. Then Balak said to Balaam, "Neither curse them at all nor bless them at all!"
 
 
  1. Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»
  2. Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan».
  3. Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı.
  4. Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla».
  5. Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi.
  1. Balaam answered, "Did I not tell you I must do whatever the LORD says?"
  2. Then Balak said to Balaam, "Come, let me take you to another place. Perhaps it will please God to let you curse them for me from there."
  3. And Balak took Balaam to the top of Peor, overlooking the wasteland.
  4. Balaam said, "Build me seven altars here, and prepare seven bulls and seven rams for me."
  5. Balak did as Balaam had said, and offered a bull and a ram on each altar.
 
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25  26  27  28  . . . 36   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.