|
- Allahın sözlərini eşidən, Haqq-Taalanın biliyinə qovuşan, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı:
- “Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək.
- Onun düşməni Edomla Seir təslim olacaq, İsrail isə get-gedə güclənəcək.
- Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”».
- Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq».
|
|