Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 24   qeri  
  -1   [font11]   +1  
Luke 11 [NIV:Azerbaycan]   
 
  1. One day Jesus was praying in a certain place. When he finished, one of his disciples said to him, "Lord, teach us to pray, just as John taught his disciples."
  2. He said to them, "When you pray, say: " 'Father, hallowed be your name, your kingdom come.
  3. Give us each day our daily bread.
  4. Forgive us our sins, for we also forgive everyone who sins against us. And lead us not into temptation.' "
  5. Then he said to them, "Suppose one of you has a friend, and he goes to him at midnight and says, 'Friend, lend me three loaves of bread,
  1. İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət».
  2. İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin. Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.
  3. Gündəlik çörəyimizi bizə hər gün ver.
  4. Bizə borclu olan hər adamı bağışladığımıza görə Bizim günahlarımızı da bağışla. Bizi sınağa çəkmə».
  5. Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver,
 
 
  1. because a friend of mine on a journey has come to me, and I have nothing to set before him.'
  2. "Then the one inside answers, 'Don't bother me. The door is already locked, and my children are with me in bed. I can't get up and give you anything.'
  3. I tell you, though he will not get up and give him the bread because he is his friend, yet because of the man's boldness he will get up and give him as much as he needs.
  4. "So I say to you: Ask and it will be given to you; seek and you will find; knock and the door will be opened to you.
  5. For everyone who asks receives; he who seeks finds; and to him who knocks, the door will be opened.
  1. çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”.
  2. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”.
  3. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
  4. Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
  5. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
 
 
  1. "Which of you fathers, if your son asks for a fish, will give him a snake instead?
  2. Or if he asks for an egg, will give him a scorpion?
  3. If you then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give the Holy Spirit to those who ask him!"
  4. Jesus was driving out a demon that was mute. When the demon left, the man who had been mute spoke, and the crowd was amazed.
  5. But some of them said, "By Beelzebub, the prince of demons, he is driving out demons."
  1. Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?
  2. Yaxud yumurta diləsə, ona əqrəb verər?
  3. Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»
  4. İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi.
  5. Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».
 
 
  1. Others tested him by asking for a sign from heaven.
  2. Jesus knew their thoughts and said to them: "Any kingdom divided against itself will be ruined, and a house divided against itself will fall.
  3. If Satan is divided against himself, how can his kingdom stand? I say this because you claim that I drive out demons by Beelzebub.
  4. Now if I drive out demons by Beelzebub, by whom do your followers drive them out? So then, they will be your judges.
  5. But if I drive out demons by the finger of God, then the kingdom of God has come to you.
  1. Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
  2. Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar.
  3. Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram.
  4. Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.
  5. Lakin Mən cinləri Allahın qüdrəti ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.
 
 
  1. "When a strong man, fully armed, guards his own house, his possessions are safe.
  2. But when someone stronger attacks and overpowers him, he takes away the armor in which the man trusted and divides up the spoils.
  3. "He who is not with me is against me, and he who does not gather with me, scatters.
  4. "When an evil spirit comes out of a man, it goes through arid places seeking rest and does not find it. Then it says, 'I will return to the house I left.'
  5. When it arrives, it finds the house swept clean and put in order.
  1. Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır.
  2. Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər.
  3. Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
  4. Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”.
  5. Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər.
 
 
  1. Then it goes and takes seven other spirits more wicked than itself, and they go in and live there. And the final condition of that man is worse than the first."
  2. As Jesus was saying these things, a woman in the crowd called out, "Blessed is the mother who gave you birth and nursed you."
  3. He replied, "Blessed rather are those who hear the word of God and obey it."
  4. As the crowds increased, Jesus said, "This is a wicked generation. It asks for a miraculous sign, but none will be given it except the sign of Jonah.
  5. For as Jonah was a sign to the Ninevites, so also will the Son of Man be to this generation.
  1. Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».
  2. İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!»
  3. Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»
  4. Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək.
  5. Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq.
 
 
  1. The Queen of the South will rise at the judgment with the men of this generation and condemn them; for she came from the ends of the earth to listen to Solomon's wisdom, and now one greater than Solomon is here.
  2. The men of Nineveh will stand up at the judgment with this generation and condemn it; for they repented at the preaching of Jonah, and now one greater than Jonah is here.
  3. "No one lights a lamp and puts it in a place where it will be hidden, or under a bowl. Instead he puts it on its stand, so that those who come in may see the light.
  4. Your eye is the lamp of your body. When your eyes are good, your whole body also is full of light. But when they are bad, your body also is full of darkness.
  5. See to it, then, that the light within you is not darkness.
  1. Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
  2. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.
  3. Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.
  4. Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur.
  5. Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın.
 
 
  1. Therefore, if your whole body is full of light, and no part of it dark, it will be completely lighted, as when the light of a lamp shines on you."
  2. When Jesus had finished speaking, a Pharisee invited him to eat with him; so he went in and reclined at the table.
  3. But the Pharisee, noticing that Jesus did not first wash before the meal, was surprised.
  4. Then the Lord said to him, "Now then, you Pharisees clean the outside of the cup and dish, but inside you are full of greed and wickedness.
  5. You foolish people! Did not the one who made the outside make the inside also?
  1. Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq».
  2. İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu.
  3. İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi.
  4. Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub.
  5. Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi?
 
 
  1. But give what is inside the dish to the poor, and everything will be clean for you.
  2. "Woe to you Pharisees, because you give God a tenth of your mint, rue and all other kinds of garden herbs, but you neglect justice and the love of God. You should have practiced the latter without leaving the former undone.
  3. "Woe to you Pharisees, because you love the most important seats in the synagogues and greetings in the marketplaces.
  4. "Woe to you, because you are like unmarked graves, which men walk over without knowing it."
  5. One of the experts in the law answered him, "Teacher, when you say these things, you insult us also."
  1. Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.
  2. Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
  3. Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.
  4. Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».
  5. Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən».
 
 
  1. Jesus replied, "And you experts in the law, woe to you, because you load people down with burdens they can hardly carry, and you yourselves will not lift one finger to help them.
  2. "Woe to you, because you build tombs for the prophets, and it was your forefathers who killed them.
  3. So you testify that you approve of what your forefathers did; they killed the prophets, and you build their tombs.
  4. Because of this, God in his wisdom said, 'I will send them prophets and apostles, some of whom they will kill and others they will persecute.'
  5. Therefore this generation will be held responsible for the blood of all the prophets that has been shed since the beginning of the world,
  1. İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.
  2. Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər!
  3. Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz.
  4. Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”.
  5. Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.
 
 
  1. from the blood of Abel to the blood of Zechariah, who was killed between the altar and the sanctuary. Yes, I tell you, this generation will be held responsible for it all.
  2. "Woe to you experts in the law, because you have taken away the key to knowledge. You yourselves have not entered, and you have hindered those who were entering."
  3. When Jesus left there, the Pharisees and the teachers of the law began to oppose him fiercely and to besiege him with questions,
  4. waiting to catch him in something he might say.
  1. Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».
  2. İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar.
  3. Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.
 
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.