Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 15  16  17  18  19  20  21  22  23  24   qeri  
  -1   [font9]   +1  
LUKANIN 21 [Azerbaycan:NIV]   
 
  1. İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü.
  2. Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı.
  3. İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı.
  4. Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
  5. Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi:
  1. As he looked up, Jesus saw the rich putting their gifts into the temple treasury.
  2. He also saw a poor widow put in two very small copper coins.
  3. "I tell you the truth," he said, "this poor widow has put in more than all the others.
  4. All these people gave their gifts out of their wealth; but she out of her poverty put in all she had to live on."
  5. Some of his disciples were remarking about how the temple was adorned with beautiful stones and with gifts dedicated to God. But Jesus said,
 
 
  1. «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».
  2. Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?»
  3. İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin.
  4. Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».
  5. Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq.
  1. "As for what you see here, the time will come when not one stone will be left on another; every one of them will be thrown down."
  2. "Teacher," they asked, "when will these things happen? And what will be the sign that they are about to take place?"
  3. He replied: "Watch out that you are not deceived. For many will come in my name, claiming, 'I am he,' and, 'The time is near.' Do not follow them.
  4. When you hear of wars and revolutions, do not be frightened. These things must happen first, but the end will not come right away."
  5. Then he said to them: "Nation will rise against nation, and kingdom against kingdom.
 
 
  1. Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.
  2. Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar.
  3. Bu işlər şəhadət etdiyiniz vaxt olacaq.
  4. Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz.
  5. Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.
  1. There will be great earthquakes, famines and pestilences in various places, and fearful events and great signs from heaven.
  2. "But before all this, they will lay hands on you and persecute you. They will deliver you to synagogues and prisons, and you will be brought before kings and governors, and all on account of my name.
  3. This will result in your being witnesses to them.
  4. But make up your mind not to worry beforehand how you will defend yourselves.
  5. For I will give you words and wisdom that none of your adversaries will be able to resist or contradict.
 
 
  1. Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək.
  2. Mənim adıma görə hamı sizə nifrət edəcək.
  3. Amma başınızdan bir tük belə, əskik olmayacaq.
  4. Dayanıb dözməklə canlarınızı qurtarın.
  5. Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
  1. You will be betrayed even by parents, brothers, relatives and friends, and they will put some of you to death.
  2. All men will hate you because of me.
  3. But not a hair of your head will perish.
  4. By standing firm you will gain life.
  5. "When you see Jerusalem being surrounded by armies, you will know that its desolation is near.
 
 
  1. O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
  2. Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
  3. Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
  4. Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
  5. Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.
  1. Then let those who are in Judea flee to the mountains, let those in the city get out, and let those in the country not enter the city.
  2. For this is the time of punishment in fulfillment of all that has been written.
  3. How dreadful it will be in those days for pregnant women and nursing mothers! There will be great distress in the land and wrath against this people.
  4. They will fall by the sword and will be taken as prisoners to all the nations. Jerusalem will be trampled on by the Gentiles until the times of the Gentiles are fulfilled.
  5. "There will be signs in the sun, moon and stars. On the earth, nations will be in anguish and perplexity at the roaring and tossing of the sea.
 
 
  1. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
  2. O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
  3. Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
  4. İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:
  5. onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.
  1. Men will faint from terror, apprehensive of what is coming on the world, for the heavenly bodies will be shaken.
  2. At that time they will see the Son of Man coming in a cloud with power and great glory.
  3. When these things begin to take place, stand up and lift up your heads, because your redemption is drawing near."
  4. He told them this parable: "Look at the fig tree and all the trees.
  5. When they sprout leaves, you can see for yourselves and know that summer is near.
 
 
  1. Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb.
  2. Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
  3. Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
  4. Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
  5. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək.
  1. Even so, when you see these things happening, you know that the kingdom of God is near.
  2. "I tell you the truth, this generation will certainly not pass away until all these things have happened.
  3. Heaven and earth will pass away, but my words will never pass away.
  4. "Be careful, or your hearts will be weighed down with dissipation, drunkenness and the anxieties of life, and that day will close on you unexpectedly like a trap.
  5. For it will come upon all those who live on the face of the whole earth.
 
 
  1. Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
  2. İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi.
  3. Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.
  1. Be always on the watch, and pray that you may be able to escape all that is about to happen, and that you may be able to stand before the Son of Man."
  2. Each day Jesus was teaching at the temple, and each evening he went out to spend the night on the hill called the Mount of Olives,
  3. and all the people came early in the morning to hear him at the temple.
 
   
  irəli  1  . . . 15  16  17  18  19  20  21  22  23  24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.