- Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.
- İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi.
- İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın.
- Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.
- “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”.
|
- When they led Him away, they seized a man, Simon of Cyrene, coming in from the country, and placed on him the cross to carry behind Jesus.
- And following Him was a large crowd of the people, and of women who were mourning and lamenting Him.
- But Jesus turning to them said, "Daughters of Jerusalem, stop weeping for Me, but weep for yourselves and for your children.
- "For behold, the days are coming when they will say, 'Blessed are the barren, and the wombs that never bore, and the breasts that never nursed.'
- "Then they will begin TO SAY TO THE MOUNTAINS, 'FALL ON US,' AND TO THE HILLS, 'COVER US.'
|