|
- İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi.
- Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
- Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.
- Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü.
- İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü,
|
|