- Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər.
- Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər.
- İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi.
- Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.
- Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar.
|
- these then came to Philip, who was from Bethsaida of Galilee, and began to ask him, saying, "Sir, we wish to see Jesus."
- Philip came and told Andrew; Andrew and Philip came and told Jesus.
- And Jesus answered them, saying, "The hour has come for the Son of Man to be glorified.
- "Truly, truly, I say to you, unless a grain of wheat falls into the earth and dies, it remains alone; but if it dies, it bears much fruit.
- "He who loves his life loses it, and he who hates his life in this world will keep it to life eternal.
|