Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13  14  15  16  17  18  . . . 21   qeri  
  -1   [font9]   +1  
YƏHYANIN 13 [Azerbaycan:NIV]   
 
  1. Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.
  2. Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu.
  3. İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi.
  4. O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı.
  5. Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.
  1. It was just before the Passover Feast. Jesus knew that the time had come for him to leave this world and go to the Father. Having loved his own who were in the world, he now showed them the full extent of his love.
  2. The evening meal was being served, and the devil had already prompted Judas Iscariot, son of Simon, to betray Jesus.
  3. Jesus knew that the Father had put all things under his power, and that he had come from God and was returning to God;
  4. so he got up from the meal, took off his outer clothing, and wrapped a towel around his waist.
  5. After that, he poured water into a basin and began to wash his disciples' feet, drying them with the towel that was wrapped around him.
 
 
  1. İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi.
  2. İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan».
  3. Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».
  4. Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu».
  5. İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox».
  1. He came to Simon Peter, who said to him, "Lord, are you going to wash my feet?"
  2. Jesus replied, "You do not realize now what I am doing, but later you will understand."
  3. "No," said Peter, "you shall never wash my feet." Jesus answered, "Unless I wash you, you have no part with me."
  4. "Then, Lord," Simon Peter replied, "not just my feet but my hands and my head as well!"
  5. Jesus answered, "A person who has had a bath needs only to wash his feet; his whole body is clean. And you are clean, though not every one of you."
 
 
  1. Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.
  2. İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi?
  3. Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.
  4. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.
  5. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
  1. For he knew who was going to betray him, and that was why he said not every one was clean.
  2. When he had finished washing their feet, he put on his clothes and returned to his place. "Do you understand what I have done for you?" he asked them.
  3. "You call me 'Teacher' and 'Lord,' and rightly so, for that is what I am.
  4. Now that I, your Lord and Teacher, have washed your feet, you also should wash one another's feet.
  5. I have set you an example that you should do as I have done for you.
 
 
  1. Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil.
  2. Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
  3. Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.
  4. İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm.
  5. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
  1. I tell you the truth, no servant is greater than his master, nor is a messenger greater than the one who sent him.
  2. Now that you know these things, you will be blessed if you do them.
  3. "I am not referring to all of you; I know those I have chosen. But this is to fulfill the scripture: 'He who shares my bread has lifted up his heel against me.'
  4. "I am telling you now before it happens, so that when it does happen you will believe that I am He.
  5. I tell you the truth, whoever accepts anyone I send accepts me; and whoever accepts me accepts the one who sent me."
 
 
  1. İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».
  2. Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar.
  3. Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.
  4. Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun.
  5. Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?»
  1. After he had said this, Jesus was troubled in spirit and testified, "I tell you the truth, one of you is going to betray me."
  2. His disciples stared at one another, at a loss to know which of them he meant.
  3. One of them, the disciple whom Jesus loved, was reclining next to him.
  4. Simon Peter motioned to this disciple and said, "Ask him which one he means."
  5. Leaning back against Jesus, he asked him, "Lord, who is it?"
 
 
  1. İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi.
  2. Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi.
  3. İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi.
  4. Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir.
  5. Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.
  1. Jesus answered, "It is the one to whom I will give this piece of bread when I have dipped it in the dish." Then, dipping the piece of bread, he gave it to Judas Iscariot, son of Simon.
  2. As soon as Judas took the bread, Satan entered into him. "What you are about to do, do quickly," Jesus told him,
  3. but no one at the meal understood why Jesus said this to him.
  4. Since Judas had charge of the money, some thought Jesus was telling him to buy what was needed for the Feast, or to give something to the poor.
  5. As soon as Judas had taken the bread, he went out. And it was night.
 
 
  1. O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi.
  2. İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək.
  3. Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm.
  4. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
  5. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
  1. When he was gone, Jesus said, "Now is the Son of Man glorified and God is glorified in him.
  2. If God is glorified in him, God will glorify the Son in himself, and will glorify him at once.
  3. "My children, I will be with you only a little longer. You will look for me, and just as I told the Jews, so I tell you now: Where I am going, you cannot come.
  4. "A new command I give you: Love one another. As I have loved you, so you must love one another.
  5. By this all men will know that you are my disciples, if you love one another."
 
 
  1. Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən».
  2. Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm».
  3. İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.
  1. Simon Peter asked him, "Lord, where are you going?" Jesus replied, "Where I am going, you cannot follow now, but you will follow later."
  2. Peter asked, "Lord, why can't I follow you now? I will lay down my life for you."
  3. Then Jesus answered, "Will you really lay down your life for me? I tell you the truth, before the rooster crows, you will disown me three times!
 
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13  14  15  16  17  18  . . . 21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.