| |
- Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var.
- Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!”
- Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”.
- Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”.
- Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi.
|
|