|  | 
		Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir? 
Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur. 
Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur. 
Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək. 
Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik. 
		 |  |