|
- Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim.
- Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım.
- Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim.
- Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi.
- Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
|
|