Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13   qeri  
  -1   [font10]   +1  
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU 11 [Azerbaycan:NIV]   
 
  1. Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün.
  2. Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm.
  3. Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız.
  4. Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz.
  5. Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram.
  1. I hope you will put up with a little of my foolishness; but you are already doing that.
  2. I am jealous for you with a godly jealousy. I promised you to one husband, to Christ, so that I might present you as a pure virgin to him.
  3. But I am afraid that just as Eve was deceived by the serpent's cunning, your minds may somehow be led astray from your sincere and pure devotion to Christ.
  4. For if someone comes to you and preaches a Jesus other than the Jesus we preached, or if you receive a different spirit from the one you received, or a different gospel from the one you accepted, you put up with it easily enough.
  5. But I do not think I am in the least inferior to those "super-apostles."
 
 
  1. Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik.
  2. Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi?
  3. Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum.
  4. Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam.
  5. Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim.
  1. I may not be a trained speaker, but I do have knowledge. We have made this perfectly clear to you in every way.
  2. Was it a sin for me to lower myself in order to elevate you by preaching the gospel of God to you free of charge?
  3. I robbed other churches by receiving support from them so as to serve you.
  4. And when I was with you and needed something, I was not a burden to anyone, for the brothers who came from Macedonia supplied what I needed. I have kept myself from being a burden to you in any way, and will continue to do so.
  5. As surely as the truth of Christ is in me, nobody in the regions of Achaia will stop this boasting of mine.
 
 
  1. Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.
  2. Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim.
  3. Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır.
  4. Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir.
  5. Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq.
  1. Why? Because I do not love you? God knows I do!
  2. And I will keep on doing what I am doing in order to cut the ground from under those who want an opportunity to be considered equal with us in the things they boast about.
  3. For such men are false apostles, deceitful workmen, masquerading as apostles of Christ.
  4. And no wonder, for Satan himself masquerades as an angel of light.
  5. It is not surprising, then, if his servants masquerade as servants of righteousness. Their end will be what their actions deserve.
 
 
  1. Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm.
  2. Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm.
  3. Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm.
  4. Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz.
  5. Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz.
  1. I repeat: Let no one take me for a fool. But if you do, then receive me just as you would a fool, so that I may do a little boasting.
  2. In this self-confident boasting I am not talking as the Lord would, but as a fool.
  3. Since many are boasting in the way the world does, I too will boast.
  4. You gladly put up with fools since you are so wise!
  5. In fact, you even put up with anyone who enslaves you or exploits you or takes advantage of you or pushes himself forward or slaps you in the face.
 
 
  1. Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır! Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var.
  2. Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm.
  3. Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm.
  4. Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm,
  5. üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım.
  1. To my shame I admit that we were too weak for that! What anyone else dares to boast about--I am speaking as a fool--I also dare to boast about.
  2. Are they Hebrews? So am I. Are they Israelites? So am I. Are they Abraham's descendants? So am I.
  3. Are they servants of Christ? (I am out of my mind to talk like this.) I am more. I have worked much harder, been in prison more frequently, been flogged more severely, and been exposed to death again and again.
  4. Five times I received from the Jews the forty lashes minus one.
  5. Three times I was beaten with rods, once I was stoned, three times I was shipwrecked, I spent a night and a day in the open sea,
 
 
  1. Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım.
  2. Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım.
  3. Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır.
  4. Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
  5. Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm.
  1. I have been constantly on the move. I have been in danger from rivers, in danger from bandits, in danger from my own countrymen, in danger from Gentiles; in danger in the city, in danger in the country, in danger at sea; and in danger from false brothers.
  2. I have labored and toiled and have often gone without sleep; I have known hunger and thirst and have often gone without food; I have been cold and naked.
  3. Besides everything else, I face daily the pressure of my concern for all the churches.
  4. Who is weak, and I do not feel weak? Who is led into sin, and I do not inwardly burn?
  5. If I must boast, I will boast of the things that show my weakness.
 
 
  1. Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm.
  2. Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı.
  3. Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.
  1. The God and Father of the Lord Jesus, who is to be praised forever, knows that I am not lying.
  2. In Damascus the governor under King Aretas had the city of the Damascenes guarded in order to arrest me.
  3. But I was lowered in a basket from a window in the wall and slipped through his hands.
 
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.