| |
- Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.
- Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək.
- Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək.
- Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
- Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
|
|