|  | 
		Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq 
və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. 
Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. 
Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. 
Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər. 
		 |  |