Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 13   qeri  
  -1   [font9]   +1  
İBRANİLƏRƏ MƏKTUB 3 [Azerbaycan:NASB]   
 
  1. Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün.
  2. İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.
  3. Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü.
  4. Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.
  5. Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı.
  1. Therefore, holy brethren, partakers of a heavenly calling, consider Jesus, the Apostle and High Priest of our confession;
  2. He was faithful to Him who appointed Him, as Moses also was in all His house.
  3. For He has been counted worthy of more glory than Moses, by just so much as the builder of the house has more honor than the house.
  4. For every house is built by someone, but the builder of all things is God.
  5. Now Moses was faithful in all His house as a servant, for a testimony of those things which were to be spoken later;
 
 
  1. Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
  2. Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz,
  3. Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
  4. Orada atalarınız Məni sınadılar, Qırx il əməllərimi görərək Məni yoxladılar.
  5. Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, Yollarımı tanımırlar”.
  1. but Christ was faithful as a Son over His house--whose house we are, if we hold fast our confidence and the boast of our hope firm until the end.
  2. Therefore, just as the Holy Spirit says, "TODAY IF YOU HEAR HIS VOICE,
  3. DO NOT HARDEN YOUR HEARTS AS WHEN THEY PROVOKED ME, AS IN THE DAY OF TRIAL IN THE WILDERNESS,
  4. WHERE YOUR FATHERS TRIED Me BY TESTING Me, AND SAW MY WORKS FOR FORTY YEARS.
  5. "THEREFORE I WAS ANGRY WITH THIS GENERATION, AND SAID, 'THEY ALWAYS GO ASTRAY IN THEIR HEART, AND THEY DID NOT KNOW MY WAYS';
 
 
  1. Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
  2. Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın.
  3. Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.
  4. Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.
  5. Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».
  1. AS I SWORE IN MY WRATH, 'THEY SHALL NOT ENTER MY REST.'"
  2. Take care, brethren, that there not be in any one of you an evil, unbelieving heart that falls away from the living God.
  3. But encourage one another day after day, as long as it is still called "Today," so that none of you will be hardened by the deceitfulness of sin.
  4. For we have become partakers of Christ, if we hold fast the beginning of our assurance firm until the end,
  5. while it is said, "TODAY IF YOU HEAR HIS VOICE, DO NOT HARDEN YOUR HEARTS, AS WHEN THEY PROVOKED ME."
 
 
  1. Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi?
  2. Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi?
  3. Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil?
  4. Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.
  1. For who provoked Him when they had heard? Indeed, did not all those who came out of Egypt led by Moses?
  2. And with whom was He angry for forty years? Was it not with those who sinned, whose bodies fell in the wilderness?
  3. And to whom did He swear that they would not enter His rest, but to those who were disobedient?
  4. So we see that they were not able to enter because of unbelief.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 13   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.