|
- Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
- Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz,
- Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
- Orada atalarınız Məni sınadılar, Qırx il əməllərimi görərək Məni yoxladılar.
- Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, Yollarımı tanımırlar”.
|
|