Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13   qeri  
  -1   [font8]   +1  
İBRANİLƏRƏ MƏKTUB 13 [Azerbaycan:NIV]   
 
  1. Aranızda daimi qardaşlıq sevgisi olsun.
  2. Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.
  3. Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.
  4. Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.
  5. Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
  1. Keep on loving each other as brothers.
  2. Do not forget to entertain strangers, for by so doing some people have entertained angels without knowing it.
  3. Remember those in prison as if you were their fellow prisoners, and those who are mistreated as if you yourselves were suffering.
  4. Marriage should be honored by all, and the marriage bed kept pure, for God will judge the adulterer and all the sexually immoral.
  5. Keep your lives free from the love of money and be content with what you have, because God has said, "Never will I leave you; never will I forsake you."
 
 
  1. Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
  2. Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.
  3. İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
  4. Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.
  5. Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.
  1. So we say with confidence, "The Lord is my helper; I will not be afraid. What can man do to me?"
  2. Remember your leaders, who spoke the word of God to you. Consider the outcome of their way of life and imitate their faith.
  3. Jesus Christ is the same yesterday and today and forever.
  4. Do not be carried away by all kinds of strange teachings. It is good for our hearts to be strengthened by grace, not by ceremonial foods, which are of no value to those who eat them.
  5. We have an altar from which those who minister at the tabernacle have no right to eat.
 
 
  1. Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır.
  2. Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.
  3. Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.
  4. Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
  5. Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
  1. The high priest carries the blood of animals into the Most Holy Place as a sin offering, but the bodies are burned outside the camp.
  2. And so Jesus also suffered outside the city gate to make the people holy through his own blood.
  3. Let us, then, go to him outside the camp, bearing the disgrace he bore.
  4. For here we do not have an enduring city, but we are looking for the city that is to come.
  5. Through Jesus, therefore, let us continually offer to God a sacrifice of praise--the fruit of lips that confess his name.
 
 
  1. Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.
  2. Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.
  3. Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.
  4. Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.
  5. Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah
  1. And do not forget to do good and to share with others, for with such sacrifices God is pleased.
  2. Obey your leaders and submit to their authority. They keep watch over you as men who must give an account. Obey them so that their work will be a joy, not a burden, for that would be of no advantage to you.
  3. Pray for us. We are sure that we have a clear conscience and desire to live honorably in every way.
  4. I particularly urge you to pray so that I may be restored to you soon.
  5. May the God of peace, who through the blood of the eternal covenant brought back from the dead our Lord Jesus, that great Shepherd of the sheep,
 
 
  1. sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.
  2. Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım.
  3. Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.
  4. Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.
  5. Hamınıza lütf olsun!
  1. equip you with everything good for doing his will, and may he work in us what is pleasing to him, through Jesus Christ, to whom be glory for ever and ever. Amen.
  2. Brothers, I urge you to bear with my word of exhortation, for I have written you only a short letter.
  3. I want you to know that our brother Timothy has been released. If he arrives soon, I will come with him to see you.
  4. Greet all your leaders and all God's people. Those from Italy send you their greetings.
  5. Grace be with you all.
 
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.