Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5   qeri  
  -1   [font8]   +1  
James 4 [NIV:Azerbaycan]   
 
  1. What causes fights and quarrels among you? Don't they come from your desires that battle within you?
  2. You want something but don't get it. You kill and covet, but you cannot have what you want. You quarrel and fight. You do not have, because you do not ask God.
  3. When you ask, you do not receive, because you ask with wrong motives, that you may spend what you get on your pleasures.
  4. You adulterous people, don't you know that friendship with the world is hatred toward God? Anyone who chooses to be a friend of the world becomes an enemy of God.
  5. Or do you think Scripture says without reason that the spirit he caused to live in us envies intensely?
  1. Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?
  2. Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.
  3. Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz.
  4. Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.
  5. Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir?
 
 
  1. But he gives us more grace. That is why Scripture says: "God opposes the proud but gives grace to the humble."
  2. Submit yourselves, then, to God. Resist the devil, and he will flee from you.
  3. Come near to God and he will come near to you. Wash your hands, you sinners, and purify your hearts, you double-minded.
  4. Grieve, mourn and wail. Change your laughter to mourning and your joy to gloom.
  5. Humble yourselves before the Lord, and he will lift you up.
  1. Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər».
  2. Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.
  3. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!
  4. Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün!
  5. Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.
 
 
  1. Brothers, do not slander one another. Anyone who speaks against his brother or judges him speaks against the law and judges it. When you judge the law, you are not keeping it, but sitting in judgment on it.
  2. There is only one Lawgiver and Judge, the one who is able to save and destroy. But you--who are you to judge your neighbor?
  3. Now listen, you who say, "Today or tomorrow we will go to this or that city, spend a year there, carry on business and make money."
  4. Why, you do not even know what will happen tomorrow. What is your life? You are a mist that appears for a little while and then vanishes.
  5. Instead, you ought to say, "If it is the Lord's will, we will live and do this or that."
  1. Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən.
  2. Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?
  3. İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq».
  4. Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
  5. Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.
 
 
  1. As it is, you boast and brag. All such boasting is evil.
  2. Anyone, then, who knows the good he ought to do and doesn't do it, sins.
  1. İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.
  2. Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.
 
   
  irəli  1  2  3  4  5   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.