- «Ordugahı gəzin və xalqa əmr edib deyin: “Özünüzə azuqə hazırlayın, çünki üç gün ərzində İordan çayını keçib Allahınız Rəbbin sizə mülk olaraq verdiyi torpağa girərək oraya sahib olacaqsınız”».
- Yeşua Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına belə dedi:
- «Yadınıza salın ki, Rəbbin qulu Musa sizə belə vəsiyyət etmişdi: “Allahınız Rəbb rahatlığınız üçün bu torpağı sizə verdi”.
- Arvadlarınız, uşaqlarınız, sürüləriniz İordan çayının bu tayında Musanın sizə verdiyi torpaqda qalsın. Ancaq siz – bütün igid adamlar silahlanıb qardaşlarınızın qabağında o taya keçin.
- Rəbb sizə rahatlıq verdiyi kimi soydaşlarınıza da rahatlıq verənə qədər və Allahınız Rəbbin verdiyi torpağa sahib olana qədər onlara kömək edin. Sonra siz Rəbbin qulu Musanın İordan çayının şərqində sizə mülk olaraq verdiyi torpağa qayıdıb oraya sahib ola bilərsiniz».
|
- пройдите по стану и дайте повеление народу и скажите: заготовляйте себе пищу для пути, потому что, спустя три дня, вы пойдете за Иордан сей, дабы придти взять землю, которую Господь Бог [отцов] ваших дает вам в наследие.
- А колену Рувимову, Гадову и половине колена Манассиина Иисус сказал:
- вспомните, что заповедал вам Моисей, раб Господень, говоря: Господь Бог ваш успокоил вас и дал вам землю сию;
- жены ваши, дети ваши и скот ваш пусть останутся в земле, которую дал вам Моисей за Иорданом; а вы все, могущие сражаться, вооружившись идите пред братьями вашими и помогайте им,
- доколе Господь не успокоит братьев ваших, как и вас; доколе и они не получат в наследие землю, которую Господь Бог ваш дает им; тогда возвратитесь в наследие ваше и владейте землею, которую Моисей, раб Господень, дал вам за Иорданом к востоку солнца.
|