|  | 
		Onlar oturdular və ikisi də birlikdə yeyib-içdilər. Sonra gənc qadının atası bu kişiyə dedi: «Rica edirəm, bu gecəni də bizimlə qal, qoy ürəyin şad olsun». 
Kişi isə yola düşmək üçün ayağa qalxdı, lakin qayınatası təkidlə onun qalmasını istədiyinə görə o gecəni orada keçirdi. 
Beşinci gün kişi geri qayıtmaq üçün sübh tezdən qalxanda gənc qadının atası ona dedi: «Rica edirəm, bir az yemək ye ki, ürəyində taqət olsun. Günortadan sonraya qədər ləngisəniz, nə olar?» Onlar ikisi də birlikdə yedilər və içdilər. 
Kişi cariyəsi və nökəri ilə getmək üçün ayağa qalxanda qayınatası – gənc qadının atası ona dedi: «Bax gün günortanı keçib, axşama çatır. Rica edirəm, bu gecəni də burada qal, qoy ürəyin şad olsun. Sabah səhər tezdən durub evinizə qayıdarsınız». 
Lakin bu kişi gecəni onunla qalmaq istəməyərək ayağa qalxıb yola düşdü. O, Yevus, yəni indiki Yerusəlim şəhərinin qarşısına gəlib çıxdı. Onun palanlı iki eşşəyi var idi, cariyəsi də yanında idi. 
		 |  |