Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 2  3  4  5  6  7  8  9  10  11  12  13  . . . 31   qeri  
  -1   [font9]   +1  
BİRİNCİ ŞAMUEL 8 [Azerbaycan:NASB]   
 
  1. Şamuel qocalanda oğullarını İsrailə hakim etdi.
  2. Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər.
  3. Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər.
  4. Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər.
  5. Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin».
  1. And it came about when Samuel was old that he appointed his sons judges over Israel.
  2. Now the name of his firstborn was Joel, and the name of his second, Abijah; they were judging in Beersheba.
  3. His sons, however, did not walk in his ways, but turned aside after dishonest gain and took bribes and perverted justice.
  4. Then all the elders of Israel gathered together and came to Samuel at Ramah;
  5. and they said to him, "Behold, you have grown old, and your sons do not walk in your ways. Now appoint a king for us to judge us like all the nations."
 
 
  1. Lakin Şamuel «bizə bir padşah təyin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi.
  2. Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər.
  3. Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər.
  4. Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq».
  5. Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi.
  1. But the thing was displeasing in the sight of Samuel when they said, "Give us a king to judge us " And Samuel prayed to the LORD.
  2. The LORD said to Samuel, "Listen to the voice of the people in regard to all that they say to you, for they have not rejected you, but they have rejected Me from being king over them.
  3. "Like all the deeds which they have done since the day that I brought them up from Egypt even to this day--in that they have forsaken Me and served other gods--so they are doing to you also.
  4. "Now then, listen to their voice; however, you shall solemnly warn them and tell them of the procedure of the king who will reign over them."
  5. So Samuel spoke all the words of the LORD to the people who had asked of him a king.
 
 
  1. O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq.
  2. Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək.
  3. Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq.
  4. Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək.
  5. Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək.
  1. He said, "This will be the procedure of the king who will reign over you: he will take your sons and place them for himself in his chariots and among his horsemen and they will run before his chariots.
  2. "He will appoint for himself commanders of thousands and of fifties, and some to do his plowing and to reap his harvest and to make his weapons of war and equipment for his chariots.
  3. "He will also take your daughters for perfumers and cooks and bakers.
  4. "He will take the best of your fields and your vineyards and your olive groves and give them to his servants.
  5. "He will take a tenth of your seed and of your vineyards and give to his officers and to his servants.
 
 
  1. Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək.
  2. Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız.
  3. Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək».
  4. Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun.
  5. Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin».
  1. "He will also take your male servants and your female servants and your best young men and your donkeys and use them for his work.
  2. "He will take a tenth of your flocks, and you yourselves will become his servants.
  3. "Then you will cry out in that day because of your king whom you have chosen for yourselves, but the LORD will not answer you in that day."
  4. Nevertheless, the people refused to listen to the voice of Samuel, and they said, "No, but there shall be a king over us,
  5. that we also may be like all the nations, that our king may judge us and go out before us and fight our battles."
 
 
  1. Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi.
  2. Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi.
  1. Now after Samuel had heard all the words of the people, he repeated them in the LORD'S hearing.
  2. The LORD said to Samuel, "Listen to their voice and appoint them a king." So Samuel said to the men of Israel, "Go every man to his city."
 
   
  irəli  1  . . . 2  3  4  5  6  7  8  9  10  11  12  13  . . . 31   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.