Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 19  20  21  22  23  24  25  26  27  28  29  30  . . . 31   qeri  
  -1   [font9]   +1  
1 Samuel 25 [NASB:Azerbaycan]   
 
  1. Then Samuel died; and all Israel gathered together and mourned for him, and buried him at his house in Ramah And David arose and went down to the wilderness of Paran.
  2. Now there was a man in Maon whose business was in Carmel; and the man was very rich, and he had three thousand sheep and a thousand goats And it came about while he was shearing his sheep in Carmel
  3. (now the man's name was Nabal, and his wife's name was Abigail And the woman was intelligent and beautiful in appearance, but the man was harsh and evil in his dealings, and he was a Calebite),
  4. that David heard in the wilderness that Nabal was shearing his sheep.
  5. So David sent ten young men; and David said to the young men, "Go up to Carmel, visit Nabal and greet him in my name;
  1. Şamuel öldü və bütün İsrail yığılıb onun üçün yas qurdu. Onu Ramada – öz evinin yanında dəfn etdilər. Sonra Davud durub Paran səhrasına endi.
  2. Maonda yaşayan, Karmeldə mülkü olan çox varlı bir adam var idi. Onun üç min baş qoyunu, min baş keçisi vardı. O, qoyunlarını Karmeldə qırxdırırdı.
  3. Bu adamın adı Naval, arvadının adı isə Aviqail idi. Qadın ağıllı və gözəl idi. Kalev nəslindən olan kişi isə kobud və bədxasiyyət idi.
  4. Davud səhrada eşitdi ki, Navalın qoyun qırxımı var.
  5. O, on nökər göndərib onlara dedi: «Karmelə qalxıb Navalın yanına gedin və məndən ona salam deyin.
 
 
  1. and thus you shall say, 'Have a long life, peace be to you, and peace be to your house, and peace be to all that you have.
  2. 'Now I have heard that you have shearers; now your shepherds have been with us and we have not insulted them, nor have they missed anything all the days they were in Carmel.
  3. 'Ask your young men and they will tell you. Therefore let my young men find favor in your eyes, for we have come on a festive day. Please give whatever you find at hand to your servants and to your son David.'"
  4. When David's young men came, they spoke to Nabal according to all these words in David's name; then they waited.
  5. But Nabal answered David's servants and said, "Who is David? And who is the son of Jesse? There are many servants today who are each breaking away from his master.
  1. Sonra ona belə deyərsiniz: “Ömrün uzun olsun! Sən və evin, səninkilərin hamısı qoy var olsun!
  2. Eşitmişəm ki, indi sizdə yun qırxımıdır. Sənin çobanların bizim yanımızda olanda biz onları incitmədik və Karmeldə qaldıqları günlər ərzində heç nəyi əskilmədi.
  3. Bunu öz nökərlərindən də soruşa bilərsən və onlar da sənə deyər. Qoy nökərlərim sənin gözündə lütf tapsın, çünki yanına bayram zamanı gəlmişik. Rica edirəm ki, qullarına və oğlun Davuda əlində olanından ver”».
  4. Davudun nökərləri gəlib bütün bu sözləri Davudun adından Navala söyləyib gözlədilər.
  5. Naval isə Davudun nökərlərinə belə cavab verdi: «Davud kimdir? Yessey oğlu kimdir? İndilərdə ağasından qaçan çox qullar var.
 
 
  1. "Shall I then take my bread and my water and my meat that I have slaughtered for my shearers, and give it to men whose origin I do not know?"
  2. So David's young men retraced their way and went back; and they came and told him according to all these words.
  3. David said to his men, "Each of you gird on his sword." So each man girded on his sword. And David also girded on his sword, and about four hundred men went up behind David while two hundred stayed with the baggage.
  4. But one of the young men told Abigail, Nabal's wife, saying, "Behold, David sent messengers from the wilderness to greet our master, and he scorned them.
  5. "Yet the men were very good to us, and we were not insulted, nor did we miss anything as long as we went about with them, while we were in the fields.
  1. Çörəyimi, suyumu və qırxınçılar üçün kəsdiyim heyvanların ətini götürüb haradan olduğunu bilmədiyim adamlaramı verim?»
  2. Davudun nökərləri öz yolları ilə geriyə qayıtdılar və gəlib bu sözlərin hamısını Davuda söylədilər.
  3. Davud adamlarına «hamı qılıncını bağlasın» dedi. Hamı bir nəfər kimi qılıncını bağladı. Davud da belə etdi. Dörd yüz nəfər Davudun ardınca getdi və iki yüz nəfər isə ərzaqların yanında qaldı.
  4. Navalın nökərlərindən biri onun arvadı Aviqailə xəbər verdi: «Bax ağamızı salamlamaq üçün Davud səhradan qasidlər göndərdi, ağamız isə onları təhqir etdi.
  5. Amma həmin adamlar bizə çox yaxşılıq etmiş və bizi incitməmişdilər. Çöldə olduğumuz, onlarla gəzdiyimiz bütün günlər ərzində heç nəyimiz əskilməmişdi.
 
 
  1. "They were a wall to us both by night and by day, all the time we were with them tending the sheep.
  2. "Now therefore, know and consider what you should do, for evil is plotted against our master and against all his household; and he is such a worthless man that no one can speak to him."
  3. Then Abigail hurried and took two hundred loaves of bread and two jugs of wine and five sheep already prepared and five measures of roasted grain and a hundred clusters of raisins and two hundred cakes of figs, and loaded them on donkeys.
  4. She said to her young men, "Go on before me; behold, I am coming after you." But she did not tell her husband Nabal.
  5. It came about as she was riding on her donkey and coming down by the hidden part of the mountain, that behold, David and his men were coming down toward her; so she met them.
  1. Qoyunları otararkən yanlarında olduğumuz günlər gecə və gündüz bizə dayaq oldular.
  2. İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir. Çünki Naval elə yaramaz insandır ki, ona kimsə söz deyə bilmir».
  3. Bundan sonra Aviqail cəld tərpənib, iki yüz kömbə çörək və iki tuluq şərab hazırladı. Beş qoyun cəmdəyi, beş ölçü qovurğa, yüz salxım quru üzüm və iki yüz parça basılmış əncir lavaşanası götürüb eşşəklərə yüklədi.
  4. Sonra nökərlərinə dedi: «Siz qabaqda gedin, arxanızca gəlirəm». Bu barədə əri Navala heç nə bildirmədi.
  5. Aviqail eşşəyə minib dağın bağlı tərəfindən enərkən Davud da adamları ilə oraya enməkdə idi və qadın onlarla rastlaşdı.
 
 
  1. Now David had said, "Surely in vain I have guarded all that this man has in the wilderness, so that nothing was missed of all that belonged to him; and he has returned me evil for good.
  2. "May God do so to the enemies of David, and more also, if by morning I leave as much as one male of any who belong to him."
  3. When Abigail saw David, she hurried and dismounted from her donkey, and fell on her face before David and bowed herself to the ground.
  4. She fell at his feet and said, "On me alone, my lord, be the blame. And please let your maidservant speak to you, and listen to the words of your maidservant.
  5. "Please do not let my lord pay attention to this worthless man, Nabal, for as his name is, so is he. Nabal is his name and folly is with him; but I your maidservant did not see the young men of my lord whom you sent.
  1. Davud demişdi: «Doğrudan da, bu adamın çöldə olan bütün mallarını qorudum və onun heç nəyini əskilməyə qoymadım, amma nahaq yerə. O isə mənə yaxşılığımın əvəzində pislik etdi.
  2. Əgər səhərədək onun bütün divar isladanlarından – kişilərindən birini belə, sağ buraxsam, qoy Allah Davudun düşmənlərinə beləsini və bundan betərini etsin».
  3. Aviqail Davudu görcək cəld eşşəkdən düşdü və Davudun önündə üzünü yerə qoyaraq təzim etdi.
  4. Sonra onun ayaqlarına düşüb dedi: «Ey ağam, bu günahı mənim üzərimə qoy. İzin ver ki, kənizin səninlə danışsın. Nə olar, kənizinin sözlərinə qulaq as.
  5. Ağam, rica edirəm, Navalın – o yaramaz insanın acığını qəlbinə salma, çünki adı necədirsə, özü də elədir. Adı Naval olduğu kimi özü də axmaqdır. Ey ağam, mən kənizin ağamın göndərdiyi nökərləri görməmişəm.
 
 
  1. "Now therefore, my lord, as the LORD lives, and as your soul lives, since the LORD has restrained you from shedding blood, and from avenging yourself by your own hand, now then let your enemies and those who seek evil against my lord, be as Nabal.
  2. "Now let this gift which your maidservant has brought to my lord be given to the young men who accompany my lord.
  3. "Please forgive the transgression of your maidservant; for the LORD will certainly make for my lord an enduring house, because my lord is fighting the battles of the LORD, and evil will not be found in you all your days.
  4. "Should anyone rise up to pursue you and to seek your life, then the life of my lord shall be bound in the bundle of the living with the LORD your God; but the lives of your enemies He will sling out as from the hollow of a sling.
  5. "And when the LORD does for my lord according to all the good that He has spoken concerning you, and appoints you ruler over Israel,
  1. Madam ki Rəbb səni indi qana batmaqdan və öz əlinlə qisas almaqdan saxladı, var olan Rəbbə və canına and olsun, ağamın düşmənləri və bədxahları Naval kimi olsun.
  2. İndi isə izin ver, kənizinin ağama gətirdiyi bu hədiyyələr arxanca gələn cavanlara verilsin.
  3. Yalvarıram, kənizinin günahını bağışla, çünki Rəbb mütləq ağam üçün möhkəm sülalə yaradacaq, ona görə ki ağam Rəbbin döyüşlərini edir və ömrün boyu səndə şər olmayacaq.
  4. Kimsə qalxıb səni qovmaq və canını almaq istəyəndə ağamın canı Rəbb Allahın həyat kisəsində saxlanılacaq, sənin düşmənlərinin canı isə sapandın ortasından atılan daş kimi atılacaq.
  5. Rəbb ağama dediyi yaxşılıqların hamısını həyata keçirəndə və səni İsrailə hökmdar edəndə
 
 
  1. this will not cause grief or a troubled heart to my lord, both by having shed blood without cause and by my lord having avenged himself. When the LORD deals well with my lord, then remember your maidservant."
  2. Then David said to Abigail, "Blessed be the LORD God of Israel, who sent you this day to meet me,
  3. and blessed be your discernment, and blessed be you, who have kept me this day from bloodshed and from avenging myself by my own hand.
  4. "Nevertheless, as the LORD God of Israel lives, who has restrained me from harming you, unless you had come quickly to meet me, surely there would not have been left to Nabal until the morning light as much as one male."
  5. So David received from her hand what she had brought him and said to her, "Go up to your house in peace See, I have listened to you and granted your request."
  1. ağam nahaq qan töküb özü üçün qisas aldığına görə peşman olmayacaq, vicdan əzabı çəkməyəcək. Rəbb ağama yaxşılıq edəndə kənizini də yada sal».
  2. Davud Aviqailə dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi.
  3. Ağlına bərəkallah, xeyir-dualı olasan! Bu gün məni qan tökməkdən və əlimlə öz qisasımı almaqdan saxladın.
  4. Həqiqətən, məni sizə pislik etməkdən sən saxladın, İsrailin Allahı var olan Rəbbə and olsun, əgər cəld tərpənib mənim qarşıma çıxmasaydın, mütləq səhər işığına qədər Navalın divar isladanlarından – kişilərindən biri də sağ qalmayacaqdı».
  5. Davud onun gətirdiyi şeyləri əlindən alıb dedi: «Evinə salamat get, budur, sənin sözünə baxıb xahişini yerinə yetirdim».
 
 
  1. Then Abigail came to Nabal, and behold, he was holding a feast in his house, like the feast of a king And Nabal's heart was merry within him, for he was very drunk; so she did not tell him anything at all until the morning light.
  2. But in the morning, when the wine had gone out of Nabal, his wife told him these things, and his heart died within him so that he became as a stone.
  3. About ten days later, the LORD struck Nabal and he died.
  4. When David heard that Nabal was dead, he said, "Blessed be the LORD, who has pleaded the cause of my reproach from the hand of Nabal and has kept back His servant from evil The LORD has also returned the evildoing of Nabal on his own head " Then David sent a proposal to Abigail, to take her as his wife.
  5. When the servants of David came to Abigail at Carmel, they spoke to her, saying, "David has sent us to you to take you as his wife."
  1. Aviqail Navalın yanına gəldi. Navalın evində padşah ziyafətinə oxşar bir ziyafət vardı. O çox sərxoş olduğuna görə könlü nəşəli idi. Səhər açılana qədər qadın ona heç nə bildirmədi.
  2. Səhər açılanda, Naval şərabdan ayılan kimi arvadı baş verən hadisələri ona danışdı və Navalın ürəyindən ağrı tutdu, bədəni daşa döndü.
  3. Bununla da təxminən on gündən sonra Rəbb Navalı vurdu və o öldü.
  4. Davud Navalın öldüyünü eşidəndə dedi: «Navalın əli ilə yaranan rüsvayçılığımı görüb qulunu davadan və pislikdən saxlayan Rəbbə alqış olsun! Rəbb Navalın bədxahlığını öz başına gətirdi». Davud Aviqaili özünə arvad olaraq almaq üçün ona elçi göndərdi.
  5. Davudun elçiləri Karmelə, Aviqailin yanına gəlib belə söylədilər: «Səni arvad olaraq almaq üçün Davud bizi elçi göndərdi».
 
 
  1. She arose and bowed with her face to the ground and said, "Behold, your maidservant is a maid to wash the feet of my lord's servants."
  2. Then Abigail quickly arose, and rode on a donkey, with her five maidens who attended her; and she followed the messengers of David and became his wife.
  3. David had also taken Ahinoam of Jezreel, and they both became his wives.
  4. Now Saul had given Michal his daughter, David's wife, to Palti the son of Laish, who was from Gallim.
  1. Aviqail qalxıb yerədək təzim edib dedi: «Qoy kənizin ağamın qullarının ayaqlarını yumaq üçün bir qarabaş olsun».
  2. O cəld qalxıb eşşəyə mindi. Ona xidmət edən beş gənc qadını yanına alaraq Davudun qasidlərinin ardınca getdi və Davudun arvadı oldu.
  3. Davud İzreelli Axinoamı da almışdı. Hər ikisi onun arvadı oldu.
  4. Şaul isə qızı Mikalı – Davudun arvadını Qallimli Layiş oğlu Paltiyə ərə vermişdi.
 
   
  irəli  1  . . . 19  20  21  22  23  24  25  26  27  28  29  30  . . . 31   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.