|
- O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi.
- Şaul əyanlarına dedi: «Mənim üçün bir cindar qadın tapın ki, gedib ona müraciət edim». Əyanları ona dedilər: «Bax En-Dorda bir cindar qadın var».
- Şaul zahiri görkəmini dəyişdirdi, başqa paltar geyinib, iki nəfərlə bərabər oraya getdi və gecə ikən qadının yanına gəlib çatdı. Şaul dedi: «Rica edirəm, mənim falıma baxıb cindarlığını göstər və kimi desəm, onu mənim üçün çıxar».
- Qadın dedi: «Bax Şaulun bu ölkədə nə etdiyini, cindarları və ruhçağıranları necə qırdığını bilirsən. Niyə məni öldürmək üçün canıma tələ qurursan?»
- Şaul qadına «var olan Rəbbə and olsun, bu işin sənə bir ziyanı olmayacaq» deyərək Rəbbə and içdi.
|
|