Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 24  25  26  27  28  29  30  31   qeri  
  -1   [font12]   +1  
BİRİNCİ ŞAMUEL 30 [Azerbaycan:NIV]   
 
  1. Davudla adamları üçüncü gün Ziqlaqa çatdılar. Elə bu zaman Amaleqlilər Negevə və Ziqlaqa hücum edərək Ziqlaq şəhərinə od vurub yandırmışdılar.
  2. Orada olan qadınlardan isə heç kimi öldürməmişdilər, böyükdən kiçiyə qədər hamısını əsir edib öz yolları ilə geri qayıtmışdılar.
  3. Davud adamları ilə şəhərə gəlib gördü ki, şəhər yandırılıb və onların arvadları, oğul və qızları əsir aparılıb.
  4. Buna görə Davud yanına yığılan camaatla birgə taqətdən düşənə qədər hönkürüb ağladı.
  5. Əsir aparılanlar arasında Davudun iki arvadı, İzreelli Axinoamla Karmelli Navalın dul arvadı Aviqail də var idi.
  1. David and his men reached Ziklag on the third day. Now the Amalekites had raided the Negev and Ziklag. They had attacked Ziklag and burned it,
  2. and had taken captive the women and all who were in it, both young and old. They killed none of them, but carried them off as they went on their way.
  3. When David and his men came to Ziklag, they found it destroyed by fire and their wives and sons and daughters taken captive.
  4. So David and his men wept aloud until they had no strength left to weep.
  5. David's two wives had been captured--Ahinoam of Jezreel and Abigail, the widow of Nabal of Carmel.
 
 
  1. Davudun ürəyi çox sıxılırdı, çünki xalq «onu daşlayaq» deyirdi. Ona görə ki camaatın hər birinin oğul və qızından ötrü canı yanırdı. Lakin Davud Allahı Rəbdən qüvvət aldı.
  2. O, Aximelekin oğlu kahin Evyatara dedi: «Rica edirəm, efodu mənim üçün buraya gətir». Evyatar da efodu Davudun yanına gətirdi.
  3. Davud Rəbbə müraciət edərək dedi: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Rəbb ona dedi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan».
  4. Davud yanında olan altı yüz nəfərlə gedib Besor vadisinə çatdı. Yorulub dala qalanlar isə vadidə qaldılar.
  5. Lakin Davud dörd yüz nəfərlə basqınçıların ardınca qaçmaqda davam etdi, çünki iki yüz nəfər adam yorularaq Besor vadisini keçə bilməmişdi.
  1. David was greatly distressed because the men were talking of stoning him; each one was bitter in spirit because of his sons and daughters. But David found strength in the LORD his God.
  2. Then David said to Abiathar the priest, the son of Ahimelech, "Bring me the ephod." Abiathar brought it to him,
  3. and David inquired of the LORD, "Shall I pursue this raiding party? Will I overtake them?" "Pursue them," he answered. "You will certainly overtake them and succeed in the rescue."
  4. David and the six hundred men with him came to the Besor Ravine, where some stayed behind,
  5. for two hundred men were too exhausted to cross the ravine. But David and four hundred men continued the pursuit.
 
 
  1. Çöldə bir Misirli tapdılar və onu Davudun yanına gətirdilər. Ona çörək yedirib, su içirtdilər.
  2. Sonra bir dilim basılmış əncir lavaşanası ilə iki salxım quru üzüm verdilər. O da yeyib özünə gəldi, çünki üç gün-üç gecə çörək yeməmiş və su içməmişdi.
  3. Davud ona dedi: «Sən kimin qulusan? Haradansan?» O dedi: «Bir Amaleqlinin qulu, Misirli bir gəncəm. Üç gün əvvəl xəstələndim, ona görə ağam məni atdı.
  4. Biz Keretlilərin cənubuna, Yəhuda torpağına və Kalevin cənubuna basqın etdik, Ziqlaqa od vurub yandırdıq».
  5. Davud ona dedi: «Məni bu basqınçıların yanına apararsanmı?» Həmin adam dedi: «Məni öldürməyəcəyinə və ağama təslim etməyəcəyinə Allah haqqı üçün and iç, mən də səni basqınçıların yanına aparım».
  1. They found an Egyptian in a field and brought him to David. They gave him water to drink and food to eat-
  2. part of a cake of pressed figs and two cakes of raisins. He ate and was revived, for he had not eaten any food or drunk any water for three days and three nights.
  3. David asked him, "To whom do you belong, and where do you come from?" He said, "I am an Egyptian, the slave of an Amalekite. My master abandoned me when I became ill three days ago.
  4. We raided the Negev of the Kerethites and the territory belonging to Judah and the Negev of Caleb. And we burned Ziklag."
  5. David asked him, "Can you lead me down to this raiding party?" He answered, "Swear to me before God that you will not kill me or hand me over to my master, and I will take you down to them."
 
 
  1. O, Davudu basqınçıların yanına endirdi. Bu zaman basqınçılar hər yana yayılmışdılar. Onlar Filişt və Yəhuda diyarından böyük talan malı götürmüş və bundan ötrü yeyib-içərək şənlik edirdilər.
  2. Davud gün batandan ertəsi günün axşamınadək onları qırdı. Dəvələrə minib qaçan dörd yüz nəfər gəncdən başqa heç kim canını qurtara bilmədi.
  3. O, Amaleqlilərin götürüb apardığı hər bir şeyi və iki arvadını geri qaytardı.
  4. Böyükləri, kiçikləri, bütün oğul və qızları, talan edərək ələ keçirdikləri bütün şeyləri Davud geri qaytardı və onlardan heç nə əskik olmadı.
  5. Davud qoyunlarla öküzləri də geri qaytardı. Onları o biri heyvanların qarşısından sürüb «bu, Davudun talan malıdır» deyirdilər.
  1. He led David down, and there they were, scattered over the countryside, eating, drinking and reveling because of the great amount of plunder they had taken from the land of the Philistines and from Judah.
  2. David fought them from dusk until the evening of the next day, and none of them got away, except four hundred young men who rode off on camels and fled.
  3. David recovered everything the Amalekites had taken, including his two wives.
  4. Nothing was missing: young or old, boy or girl, plunder or anything else they had taken. David brought everything back.
  5. He took all the flocks and herds, and his men drove them ahead of the other livestock, saying, "This is David's plunder."
 
 
  1. Davud yorulub ardınca gələ bilməyən və Besor vadisində qalan iki yüz nəfərin yanına gəldi. Onlar Davudu və yanındakı adamları qarşılamağa çıxdılar. Davud oraya yaxınlaşanda xalqa salam verdi.
  2. Davudla birlikdə gedən adamlar arasında olan bütün pis və yaramaz adamlar belə dedilər: «Onlar bizimlə birlikdə getmədikləri üçün biz də qurtardığımız talan malından onlara heç nə verməyəcəyik. Ancaq hər adama öz arvad-uşaqlarını verəcəyik. Qoy onları götürüb buradan getsinlər».
  3. Amma Davud onlara belə dedi: «Xeyr, qardaşlarım! Rəbbin bizə verdiyi şeylərlə belə etməyəcəksiniz. Bizi qoruyan Rəbdir və üstümüzə gələn basqınçıları O bizə təslim etdi.
  4. Sizin bu sözünüzü kim dinləyər? Çünki döyüşə gedənin payı nə qədərdirsə, yüklərin yanında qalanın da payı o qədər olacaq, bərabər bölünəcək».
  5. Davud bütün İsrail üçün o gündən bu günə qədər davam edən bir qanun və hökm yaratdı.
  1. Then David came to the two hundred men who had been too exhausted to follow him and who were left behind at the Besor Ravine. They came out to meet David and the people with him. As David and his men approached, he greeted them.
  2. But all the evil men and troublemakers among David's followers said, "Because they did not go out with us, we will not share with them the plunder we recovered. However, each man may take his wife and children and go."
  3. David replied, "No, my brothers, you must not do that with what the LORD has given us. He has protected us and handed over to us the forces that came against us.
  4. Who will listen to what you say? The share of the man who stayed with the supplies is to be the same as that of him who went down to the battle. All will share alike."
  5. David made this a statute and ordinance for Israel from that day to this.
 
 
  1. Davud Ziqlaqa gəldi və «budur, sizin üçün Rəbbin düşmənlərindən alınan talandan bir hədiyyə» deyərək dostları olan Yəhuda ağsaqqallarına,
  2. Bet-Eldə, Negevdəki Ramotda və Yattirdə,
  3. Aroerdə, Sifmotda, Eştemoada,
  4. Rakalda, Yeraxmeellilərin və Qenlilərin şəhərlərində,
  5. Xormada, Bor-Aşanda, Atakda,
  1. When David arrived in Ziklag, he sent some of the plunder to the elders of Judah, who were his friends, saying, "Here is a present for you from the plunder of the LORD's enemies."
  2. He sent it to those who were in Bethel, Ramoth Negev and Jattir;
  3. to those in Aroer, Siphmoth, Eshtemoa
  4. and Racal; to those in the towns of the Jerahmeelites and the Kenites;
  5. to those in Hormah, Bor Ashan, Athach
 
 
  1. Xevronda olanlara və adamları ilə gəzdiyi yerlərin hamısında yaşayanlara talan malından göndərdi.
  1. and Hebron; and to those in all the other places where David and his men had roamed.
 
   
  irəli  1  . . . 24  25  26  27  28  29  30  31   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.