|  | 
		Əyanları ona dedi: «Bu nə işdir edirsən? Körpə sağ ikən nə üçün oruc tutub ağladın, körpə öləndə isə durub çörək yedin?» 
Davud cavab verdi: «Uşaq sağ olanda oruc tutub ağlayırdım və deyirdim ki, kim bilir, bəlkə Rəbb mənə lütf edər, uşaq sağ qalar. 
Lakin indi uşaq ölüb, nə üçün oruc tutum? Məgər onu geri qaytara bilərəmmi? Mən onun yanına gedəcəyəm, o mənim yanıma qayıtmayacaq». 
Davud arvadı Bat-Şevaya təsəlli verdi və yanına girib onunla yatdı. Bat-Şeva bir oğul doğdu və adını Süleyman qoydu. Rəbb bu uşağı sevdi. 
O, Natan peyğəmbəri göndərdi və o da Rəbbin naminə uşağın adını Yedidyah  qoydu. 
		 |  |