|  | 
		Davudun son sözləri bunlardır: Yessey oğlu Davud deyir, Allahın ucaltdığı adam, Yaqubun Allahının məsh etdiyi, İsrailin sevimli məzmur şairi belə söyləyir: 
Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır. 
İsrailin Allahı belə dedi, İsrailin Qayası mənə belə söylədi: İnsanlar üstündə doğruluqla hökm edən, Allah qorxusu ilə səltənət sürən şəxs 
Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir. 
Həqiqətən, mənim evim Allahla belə deyilmi? Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı, Qurtuluşumu və arzumu tam həyata keçirməzmi? 
		 |  |