|
- «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx.
- Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar».
- Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı.
- Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.
- Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi.
|
|