- Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi: «Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi».
- Xiram belə davam etdi: «Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir məbəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrik oğul verib.
- Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarınla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın.
- O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir.
- Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər.
|
- Then Huram, king of Tyre, answered in a letter sent to Solomon: "Because the LORD loves His people, He has made you king over them."
- Then Huram continued, "Blessed be the LORD, the God of Israel, who has made heaven and earth, who has given King David a wise son, endowed with discretion and understanding, who will build a house for the LORD and a royal palace for himself.
- "Now I am sending Huram-abi, a skilled man, endowed with understanding,
- the son of a Danite woman and a Tyrian father, who knows how to work in gold, silver, bronze, iron, stone and wood, and in purple, violet, linen and crimson fabrics, and who knows how to make all kinds of engravings and to execute any design which may be assigned to him, to work with your skilled men and with those of my lord David your father.
- "Now then, let my lord send to his servants wheat and barley, oil and wine, of which he has spoken.
|