|
- Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».
- Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı.
- Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər.
- Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı.
- Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar.
|
|