Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 22  23  24  25  26  27  28  29  30  31  32  33  . . . 36   qeri  
  -1   [font10]   +1  
İKİNCİ SALNAMƏLƏR 28 [Azerbaycan:Russian]   
 
  1. Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi.
  2. Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi.
  3. Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı.
  4. O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı.
  5. Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.
  1. Двадцати лет был Ахаз, когда воцарился, и шестнадцать лет царствовал в Иерусалиме; и он не делал угодного в очах Господних, как [делал] Давид, отец его:
  2. он шел путями царей Израильских, и даже сделал литые статуи Ваалов;
  3. и он совершал курения на долине сынов Еннома, и проводил сыновей своих через огонь, подражая мерзостям народов, которых изгнал Господь пред лицем сынов Израилевых;
  4. и приносил жертвы и курения на высотах и на холмах и под всяким ветвистым деревом.
  5. И предал его Господь Бог его в руку царя Сириян, и они поразили его и взяли у него множество пленных и отвели в Дамаск. Также и в руку царя Израильского был предан он, и тот произвел у него великое поражение.
 
 
  1. Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.
  2. Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü.
  3. İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar.
  4. Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz.
  5. İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu?
  1. И избил Факей, сын Ремалиин, Иудеев сто двадцать тысяч в один день, людей воинственных, потому что они оставили Господа Бога отцов своих.
  2. Зихрий же, силач из Ефремлян, убил Маасею, сына царя, и Азрикама, начальствующего над дворцом, и Елкану, второго по царе.
  3. И взяли сыны Израилевы в плен у братьев своих, [Иудеев], двести тысяч жен, сыновей и дочерей; также и множество добычи награбили у них, и отправили добычу в Самарию.
  4. Там был пророк Господень, имя его Одед. Он вышел пред лице войска, шедшего в Самарию, и сказал им: вот Господь Бог отцов ваших, во гневе на Иудеев, предал их в руку вашу, и вы избили их с такою яростью, которая достигла до небес.
  5. И теперь вы думаете поработить сынов Иуды и Иерусалима в рабы и рабыни себе. А разве на самих вас нет вины пред Господом Богом вашим?
 
 
  1. İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir».
  2. Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi:
  3. «Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var».
  4. Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular.
  5. Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar.
  1. Итак послушайте меня, и возвратите пленных, которых вы захватили из братьев ваших, ибо пламень гнева Господня на вас.
  2. И встали некоторые из начальников сынов Ефремовых: Азария, сын Иегоханана, Берехия, сын Мешиллемофа, и Езекия, сын Шаллума, и Амаса, сын Хадлая, против шедших с войны,
  3. и сказали им: не вводите сюда пленных, потому что грех был бы нам пред Господом. Неужели вы думаете прибавить к грехам нашим и к преступлениям нашим? велика вина наша, и пламень гнева [Господня] над Израилем.
  4. И оставили вооруженные пленных и добычу у военачальников и всего собрания.
  5. И встали мужи, упомянутые по именам, и взяли пленных, и всех нагих из них одели из добычи, --и одели их, и обули их, и накормили их, и напоили их, и помазали их елеем, и посадили на ослов всех слабых из них, и отправили их в Иерихон, город пальм, к братьям их, и возвратились в Самарию.
 
 
  1. O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi.
  2. Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər.
  3. Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar.
  4. Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi.
  5. Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı.
  1. В то время послал царь Ахаз к царям Ассирийским, чтоб они помогли ему,
  2. ибо Идумеяне и еще приходили, и [многих] побили в Иудее, и взяли в плен;
  3. и Филистимляне рассыпались по городам низменного края и юга Иудеи и взяли Вефсамис и Аиалон, и Гедероф и Сохо и зависящие от него города, и Фимну и зависящие от нее города, и Гимзо и зависящие от него города, и поселились там.
  4. Так унизил Господь Иудею за Ахаза, царя Иудейского, потому что он развратил Иудею и тяжко грешил пред Господом.
  5. И пришел к нему Феглафелласар, царь Ассирийский, но был в тягость ему, вместо того, чтобы помочь ему,
 
 
  1. Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi.
  2. Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı.
  3. Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu.
  4. Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar,
  5. Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi.
  1. потому что Ахаз взял [сокровища] из дома Господня и дома царского и у князей и отдал царю Ассирийскому, но не в помощь себе.
  2. И в тесное для себя время он продолжал беззаконно поступать пред Господом, он--царь Ахаз.
  3. И приносил он жертвы богам Дамасским, [думая, что] они поражали его, и говорил: боги царей Сирийских помогают им; принесу я жертву им, и они помогут мне. Но они были на падение ему и всему Израилю.
  4. И собрал Ахаз сосуды дома Божия, и сокрушил сосуды дома Божия, и запер двери дома Господня, и устроил себе жертвенники по всем углам в Иерусалиме,
  5. и по всем городам Иудиным устроил высоты для каждения богам иным, и раздражал Господа Бога отцов своих.
 
 
  1. Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
  2. Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu.
  1. Прочие дела его и все поступки его, первые и последние, описаны в книге царей Иудейских и Израильских.
  2. И почил Ахаз с отцами своими, и похоронили его в городе, в Иерусалиме, но не внесли его в гробницы царей Израилевых. И воцарился Езекия, сын его, вместо него.
 
   
  irəli  1  . . . 22  23  24  25  26  27  28  29  30  31  32  33  . . . 36   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.