- Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.
- Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi.
- Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi.
- O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi.
- Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.
|
- However, Hezekiah humbled the pride of his heart, both he and the inhabitants of Jerusalem, so that the wrath of the LORD did not come on them in the days of Hezekiah.
- Now Hezekiah had immense riches and honor; and he made for himself treasuries for silver, gold, precious stones, spices, shields and all kinds of valuable articles,
- storehouses also for the produce of grain, wine and oil, pens for all kinds of cattle and sheepfolds for the flocks.
- He made cities for himself and acquired flocks and herds in abundance, for God had given him very great wealth.
- It was Hezekiah who stopped the upper outlet of the waters of Gihon and directed them to the west side of the city of David. And Hezekiah prospered in all that he did.
|