|  | 
		«Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi. 
Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı. 
Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi. 
Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi. 
Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi». 
		 |  |