- There was a man in the land of Uz whose name was Job; and that man was blameless, upright, fearing God and turning away from evil.
- Seven sons and three daughters were born to him.
- His possessions also were 7,000 sheep, 3,000 camels, 500 yoke of oxen, 500 female donkeys, and very many servants; and that man was the greatest of all the men of the east.
- His sons used to go and hold a feast in the house of each one on his day, and they would send and invite their three sisters to eat and drink with them.
- When the days of feasting had completed their cycle, Job would send and consecrate them, rising up early in the morning and offering burnt offerings according to the number of them all; for Job said, "Perhaps my sons have sinned and cursed God in their hearts." Thus Job did continually.
|
- Uz ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi.
- Onun yeddi oğlu, üç qızı var idi.
- O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.
- Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər.
- Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi.
|