Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 3 [Azerbaycan]
Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi.
Dilə gəlib belə dedi:
«Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı.
O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı.
O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı.
O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi.
Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı!
Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın.
Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi.
Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı.
Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi?
Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar?
Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim
Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə,
Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə.
Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım?
Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır,
Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır.
Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır.
Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir?
Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar,
Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər.
Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir?
Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür.
Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir.
Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır».
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.