Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 4 [Azerbaycan]
Temanlı Elifaz belə cavab verdi:
«Kimsə sənə bir söz desə, inciyərsənmi? Danışmasın deyə kim özünü saxlaya bilər?
Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin.
Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin.
İndi bu iş başına gələrkən Özün taqətdən düşdün, Bəla sənə dəyəndə özünü itirdin.
Sən Allah xofuna etibar etmirdinmi? Kamil həyatına ümid edən sən deyildinmi?
Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər.
Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar.
Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi, Gənc aslanların dişləri qırıldı.
Şikarı olmadığı üçün güclü aslan həlak olar, Dişi aslanların balaları pərən-pərən qalar.
Mənə gizli bir söz çatdı, Qulağım bir pıçıltı eşitdi,
Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda
Üstümə bir qorxu, bir titrətmə gəldi, Bütün sümüklərimi lərzəyə saldı.
Qarşımdan bir ruh keçdi, Bütün tüklərimi ürpətdi.
Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, Sükunətin içindən bir səs eşitdim:
“İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı?
Allah bəndələrinə güvənmir, Mələklərində belə, səhv görür.
Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi?
Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur.
Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”.
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.