Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 5 [Azerbaycan]
Çağır görək sənə cavab verən varmı? Müqəddəslərin hansı birinə üz tutacaqsan?
Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər.
Səfehin kök saldığını görərkən Dərhal yurduna lənət etmişəm.
Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur.
Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir.
Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz.
Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur.
Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım.
Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.
Yer üzərinə yağış yağdırır, Çöllərə sular axıdır.
Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır.
Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur.
Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur.
Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir.
Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır.
Kasıblar ümid tapır, Haqsızlıq ağzını yumur.
Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma.
Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar.
O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz.
O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar.
Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan.
Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan.
Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan.
Çadırının salamat qalacağını bilərsən, Mülkünə baxanda heç bir əskiklik tapmazsan.
Övladlarının necə artdığını görərsən, Nəslin ot kimi bitib qalxar.
Vaxtında yığılan taxıl dərzləri kimi Kama çatıb məzarına gedərsən.
Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla».
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.