Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 7 [Azerbaycan]
İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir?
Kölgəyə həsrət qalan kölə kimidir, Muzdunu gözləyən fəhlə kimidir,
Bəli, irs olaraq mənə boş aylar verildi, Qismətimə sıxıntılı gecələr düşdü.
Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram.
Bədənimə qurd düşüb, qabıqlanır, Çatlayan dərimdən irin axır.
Günlərim toxucunun məkikindən də sürətli gedir, Ümidsiz sona çatır.
Ey Allah, yada sal, həyatım bir nəfəsdir, Gözüm yenidən yaxşılıq görməyəcək.
Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək, Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam.
Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz.
Bir daha evinə qayıtmaz, Olduğu yer artıq onu tanımaz.
Ona görə sakitləşməyəcəyəm, Ruhumun sıxıntısını dilə gətirəcəyəm, Canımın ağrısından şikayət edəcəyəm.
Dənizəmmi, dəniz əjdahasıyammı? Niyə üzərimdə nəzarətçi qoyursan?
Düşündüm ki, bəlkə yatağım məni rahatlar, Döşəyim şikayətimi azaldar.
Məni yuxularla qorxudursan, Röyalarla canıma vəlvələ salırsan.
Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur, Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur.
Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi.
İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən.
Ona hər səhər baş çəkirsən, Hər an onu sınayırsan.
Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən? Mənə udqunmağa imkan verməyəcəksən?
Ey insan nəzarətçisi, nədir günahım? Mən Sənə nə etmişəm? Məni niyə Özünə hədəf etdin? İndi öz yükümü çəkə bilmirəm.
Niyə üsyankarlığımı əfv etmirsən, Təqsirimi bağışlamırsan? Bir azdan torpaq altda yatacağam, Axtarsan da, məni tapmayacaqsan».
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.