| |
- Ət və dərini əynimə geyindirdin, Məni sümük və vətərlərlə hördün,
- Mənə həyat verdin, sevgi göstərdin, Qayğıma qalmağınla ruhumu hifz etdin.
- Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var:
- Günah işlətsəydim, mənə nəzarət edərdin, Təqsirlərimi cəzasız qoymazdın.
- Əgər günahkar olsaydım, vay halıma! Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm, Çünki xəcalət içindəyəm, necə də biçarəyəm.
|
|