Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
7
8
9
10
11
12
13
14
15
16
17
18
. . .
42
qeri
▼
-1
[font8]
+1
▲
ƏYYUB 13 [Azerbaycan]
Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi.
Sizin bildiyinizi mən də anlayıram, Sizdən geri qalmıram.
Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım.
Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz.
Kaş hamınız səsinizi kəsəydiniz, Onda hikmətli görünərdiniz.
İndi necə bəhsə girdiyimi eşidin, Dilimin iddiasını yaxşı dinləyin.
Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz? Onun adına yalanmı söyləyəcəksiniz?
Sizmi Onun tərəfini tutacaqsınız? Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
O sizi istintaq edərsə, yaxşı olarmı? İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
Əgər Onun tərəfini gizli tutsanız, Şübhəsiz ki, sizi də məzəmmət edər.
Onun əzəməti sizi vahimələndirməzmi? Xofu üstünüzə düşməzmi?
Fikrinizdəki sözlər, məsəllər külə dəyməz, Müdafiəniz lilə dəyməz.
Susun, qoyun danışım, Qoy başıma gələn gəlsin.
Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün.
Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
Əslində bu məni qurtaracaq, Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
Diqqətlə sözlərimə qulaq asın, Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
Baxın mühakiməyə hazırlaşmışam, Haqlı çıxacağımı bilirəm.
Kim məni ittiham edəcək? Eləsi varsa, son nəfəsimi verib susaram.
Ey Allah, mənim üçün bu iki şeyi et ki, Səndən gizlənməyim:
Əlini üzərimdən götür, Məni dəhşətinlə qorxutma.
Sonra da məni səslə, qoy Sənə cavab verim, Yaxud da qoy mən danışım, Sən cavab söylə.
Təqsirlərim, günahlarım nə qədərdir? Mənə üsyankarlığımı və günahlarımı bildir.
Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən?
Məgər yelin qopardığı yarpağı qorxudacaqsan? Məgər quru saman çöpünü qovacaqsan?
Çünki əleyhimə acı şeylər yazırsan, Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
Ayaqlarımı buxovlayırsan, Bütün yollarıma göz qoyursan, Hər addımımı yoxlayırsan.
Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm.
irəli
1
. . .
7
8
9
10
11
12
13
14
15
16
17
18
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.