Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
8
9
10
11
12
13
14
15
16
17
18
19
. . .
42
qeri
▼
-1
[font12]
+1
▲
ƏYYUB 14 [Azerbaycan]
Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur.
Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.
Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim!
İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur.
Sən ondan gücünü çək, İş gününü bitirən zəhmətkeş kimi Bir az dincəlsin.
Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz.
Kökü yerdə qocalsa da, Kötüyü torpaqda məhv olsa da,
Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər.
Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar.
Dəniz suları çəkilib getdiyi kimi, Çaylar azalıb quruduğu kimi
İnsan da yatar, bir daha qalxmaz, Göylər yox olanadək oyadılmaz, Yuxularından ayılmaz.
Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın.
İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
Sən çağıranda cavab verəcəyəm, Əllərinin bu işinin həsrətini çəkəcəksən.
O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan.
Üsyankarlığım torbada möhürlənəcək, Günahımın üstünü örtəcəksən.
Amma dağın uçub dağılması kimi, Qayanın yerindən qopması kimi,
Su daşları yuvarladığı kimi, Sellər torpağı yuyub apardığı kimi Sən də insanın ümidini yox edirsən.
Onu əbədi məğlub edirsən, o köçüb gedir. Görkəmini dəyişdirib yola salırsan.
Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
Hamı öz canının ağrısını duyur, Yalnız özü üçün yas tutur».
irəli
1
. . .
8
9
10
11
12
13
14
15
16
17
18
19
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.