Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
9
10
11
12
13
14
15
16
17
18
19
20
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 15 [Azerbaycan]
Temanlı Elifaz belə cavab verdi:
«Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı?
Faydasız sözlərlə, dəyərsiz nitqlərlə Mübahisə etmək olarmı?
Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah hüzurunda düşünməyə mane olursan.
Çünki sənin ağzın günahdan dərs alıb, Hiyləgərlərin dili ilə danışırsan.
Səni məhkum edən mən deyiləm, öz dilindir. Dodaqların öz əleyhinə şəhadət edir.
İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan?
Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan?
Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?
Bizdə ağsaçlı da, yaşlı da var, Onlar atandan da yaşlı olar.
Sənə Allahın təsəllisi, Söylədiyi xoş sözlər kifayət deyilmi?
Niyə qəlbin səni belə çaşdırır, Gözlərindən od çıxır?
Niyə Allaha qəzəbini göstərirsən, Dilindən belə sözlər çıxır?
İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi?
Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə,
Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?
Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim –
Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri.
O atalar ki ölkə yalnız onlara verilmişdi, Aralarına yadelli girməmişdi.
Pis insan həyatı boyu əzab çəkir, Zorakı adama ayrılan illərin sayı bilinir.
Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir.
İnana bilməz ki, qaranlıqdan qurtara bilər, Onu qılınc gözlər.
“Haradadır?” deyib çörək üçün avara gəzər, Qara günlərinin yanında olduğunu bilər.
Ağrı və sıxıntı onu qorxudar, Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar.
Çünki Allaha belə, əl uzadıb, Külli-İxtiyara meydan oxuyub.
Dikbaşlıq edib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir.
Onun üzü tosqunluqdan şişər, Qarnı nə qədər piyləşər,
O, dağılmış şəhərlərdə, Kimsəsiz, yerlə yeksan olan viranələrdə, Aqibəti dağılmaq olan evlərdə yaşayacaq.
Varlı olmayacaq, sərvətləri tükənəcək, Malları ölkəni bürüməyəcək.
Qaranlıqdan qurtulmayacaq, Pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq.
Qoy boş şeyə güvənərək özünü aldatmasın, Çünki əvəzində nəsibi boşluq olacaq.
İşi vaxtsız bitəcək, Budağı göyərməyəcək.
Qorası tökülən üzüm ağacı kimi, Çiçəyi tökülən zeytun ağacı kimi olacaq.
Çünki allahsız icma qısır olar, Rüşvətxorların çadırı od tutub yanar.
Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar».
irəli
1
. . .
9
10
11
12
13
14
15
16
17
18
19
20
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.