Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
13
14
15
16
17
18
19
20
21
22
23
24
. . .
42
qeri
▼
-1
[font10]
+1
▲
ƏYYUB 19 [Azerbaycan]
Əyyub belə cavab verdi:
«Nə vaxtadək məni üzəcəksiniz, Məni sözlə əzəcəksiniz,
On dəfədir ki, məni təhqir edirsiniz, Utanmadan mənə kəskin sözlər söyləyirsiniz.
Həqiqətən, azıb yanlış yola düşmüşəmsə, Səhvim öz üstümdə qalır.
Özünüzü, həqiqətən, məndən üstün tutursunuz, Eybimi üzümə vurursunuz.
Amma bilin ki, Allah mənə haqsızlıq etdi, Hər tərəfdən məni toruna saldı.
Budur, “Zorakılıqdır!” deyə bağırıram, Bir cavab verən yoxdur, Kömək üçün nalə çəkirəm, ədalət yoxdur.
Keçə bilmirəm, yollarıma sədd çəkilib, Yollarımı qaranlığa salıb.
Şərəfimi əynimdən soyundurub, Başımdan tacı götürüb.
O məni hər tərəfdən yıxdı, əldən gedirəm, Ümidimi ağac kimi kökündən qopartdı.
Mənə qarşı qəzəbi od tutub yandı, Məni Özünə düşmən saydı.
Orduları üstümə gəlir, Mənə qarşı torpaq qalağı düzəldir, Çadırımın ətrafında ordugah qurur.
Qardaşlarımı məndən uzaqlaşdırdı, Tanışlarım mənə yad oldu.
Qohumlarım məni tərk eləyib, Yaxın dostlarım məni unudub.
Evimin sakinləri və kənizlər Məni özgə sayır, Onların gözündə yad olmuşam.
Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram.
Nəfəsimdən arvadımın da zəhləsi gedir, Qardaşlarım məndən iyrənir.
Mənə hətta kiçik uşaqlar xor baxır, Ayağa duranda məni ələ salırlar.
Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır.
Bir dəri, bir sümük qalmışam, Ölüm kandarına çatmışam.
Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu!
Niyə məni Allah kimi qovursunuz? Niyə mənim ətimdən doymursunuz?
Kaş ki sözlərim yazılaydı, Kitaba köçürüləydi,
Dəmir qələmlə, qurğuşunla Əbədi qalmaq üçün bir qayaya həkk olaydı.
Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq.
Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm.
Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür!
Mənim üçün “Bəs onu necə qovaq? Bədbəxtliyin kökü ondadır” desəniz,
Qılıncdan qorxmalısınız, Çünki qılınc cəzası qəzəblə gəlir. Onda ədalətin var olduğunu görəcəksiniz».
irəli
1
. . .
13
14
15
16
17
18
19
20
21
22
23
24
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.