Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
14
15
16
17
18
19
20
21
22
23
24
25
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 20 [Azerbaycan]
Naamatlı Sofar belə cavab verdi:
«Düşüncələrimə görə cavab verməyə məcburam, Çünki daxilən narahatam.
Məni utandıran bir giley eşidirəm, Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.
Bilirsən ki, əzəldən bəri, İnsanın dünyaya gəlişindən bəri
Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər.
Boyu göylərə çatsa da, Başı buludlara dəysə də,
Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək.
Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq.
Onu görən gözlər bir daha görməyəcək, Yaşadığı yerdə görünməyəcək.
Övladları fəqirlərdən mərhəmət diləyəcək, Sərvətləri əllərindən gedəcək.
İnsanın sümükləri gənclik alovu ilə dolar, Amma insanla birlikdə torpaq altında yatacaq.
Pislik ağzına şirin gəlsə də, Dilinin altında gizlənsə də,
İnsan pisliyi tutub buraxmasa da, Damağının altında saxlasa da,
Yediyi yemək mədəsində qıcqıracaq, Daxilində ilan zəhərinə dönəcək.
Yediyi sərvətləri qusacaq, Qarnındakıları Allah bayıra çıxaracaq.
Başqa yerdə əfi ilan zəhərini əməcək, Gürzənin dişindən öləcək.
Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək.
Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq, Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.
Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı.
Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz.
Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək.
Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq.
Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək.
Dəmir silahdan qaça bilsə də, Tunc ox onu dəlib-deşəcək,
Ox onu dəlib-keçəcək, Onun kürəyindən çıxacaq, Parlaq ucu ödünü dağıdıb tökəcək. Üstünə dəhşət gələcək.
Xəzinələrinin aqibəti qaranlıq olacaq, Üfürülməmiş od onu yeyib-qurtaracaq, Çadırında qalanları da yandırıb-yaxacaq.
Göylər şər işlərinin üstünü açacaq, Dünya onun əleyhinə qalxacaq.
Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq.
Pis insan Allahdan belə pay alacaq, Allahın ona verdiyi irs budur».
irəli
1
. . .
14
15
16
17
18
19
20
21
22
23
24
25
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.