Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
15
16
17
18
19
20
21
22
23
24
25
26
. . .
42
qeri
▼
-1
[font10]
+1
▲
ƏYYUB 21 [Azerbaycan]
Əyyub belə cavab verdi:
«Sözlərimi diqqətlə dinləyin, Siz bununla mənə təsəlli verin.
Qoyun mən də bir şey deyim, Mən danışandan sonra lağ edin.
Şikayətim insana qarşıdırmı? Mən necə səbir edim?
Mənə baxıb mat qalın, Əlinizi ağzınızın üstünə qoyun.
Bunu düşünəndə köksümü dəhşət bürüyür, Bədənimə titrətmə düşür.
Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır?
Övladları ətrafında, Nəsilləri gözlərinin qarşısında sapsağlamdır.
Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır, Allahın dəyənəyi onlara dəymir.
Öküzləri cütləşir, qarınları boş qalmır, Doğar inəkləri var, bala salmaz.
Övladlarını sürü tək yola salır, Uşaqları oynaşır.
Dəf və lira çalaraq nəğmə deyirlər, Tütək səsi ilə şənlənirlər.
Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər.
Allaha belə deyirlər: “Bizdən uzaq ol, Yolunu tanımaq istəmirik.
Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?”
Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil, Pislərin nəsihəti qoy məndən uzaq olsun!
Neçə dəfə pislərin çırağı söndü, Başlarına bəla gəldi. Allah qəzəblənəndə onlara kədəri pay verdimi?
Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular?
Deyirsiniz ki, Allah Atanın cəzasını övladına çəkdirir. Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin.
Qoy öz həlakını gözləri görsün, Külli-İxtiyarın qəzəbini su kimi içsin.
Çünki ili, ayı qurtaranda, Arxada qalan külfətindən nə zövq ala bilər?
Yüksək mənsəb sahiblərinə hökm edən Allaha Kim bilik verə bilər?
Biri tamam güclü, Tamam rahat və qayğısız,
Bədəni ətli-canlı, Sümükləri ilikli ölür.
O biri isə dərd içində, Həyatdan kam almamış ölür.
İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır.
Bilirəm nə fikirdəsiniz, Qəsdiniz mənə qarşı olmaqdır.
Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?”
Yoldan keçənlərdən soruşmadınızmı? Söhbətlərinə qulaq asmadınızmı?
Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur.
Kim davranışını onun üzünə vurur? Kim etdiklərinə görə onu cəzalandırır?
Qəbiristana aparılarkən Məzarı üstə qarovul çəkilir.
Vadinin torpağı ona şirin gəlir, Hamı onun ardınca düşür. Qarşısında gedənlərsə saysızdır.
Məni necə boş sözlərlə ovuda bilərsiniz? Cavablarınız axıradək yalandır».
irəli
1
. . .
15
16
17
18
19
20
21
22
23
24
25
26
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.