Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
16
17
18
19
20
21
22
23
24
25
26
27
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 22 [Azerbaycan]
Temanlı Elifaz belə cavab verdi:
«İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?
Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır? Sənin düz həyat tərzinin Ona nə faydası var?
Səni tənbeh etməsi, mübarizə aparması Ondan qorxduğun üçündürmü?
Pisliyin böyük deyilmi, Təqsirin hədsiz deyilmi?
Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun.
Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin.
Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kimi orada yaşadın.
Dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın.
Ona görə hər yanını tələlər bürüyüb, Qəfil qorxu səni dəhşətləndirib.
Hər şeyə qara vurub görmürsən, Sellərdə boğulursan.
Allah göylərdə – ucalarda deyilmi? Ən uzaq ulduzlara bir nəzər sal, Gör nə qədər ucalarda yerləşib!
Amma deyirsən “Allah nə bilir? Qatı qaranlıq içindən hökm verə bilərmi?
Görə bilmir, qara buludlar Ona mane olur, Göy qübbəsinin üzərində dolaşır”.
Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan?
Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı.
Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?”
Amma evlərini bərəkətlə dolduran Allah idi, Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.
Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir:
“Düşmənlərimiz yox oldu, Onlardan nə qaldısa, yanıb kül oldu”.
Allahla barışıb dost olsan, Xeyir taparsan.
Onun ağzından çıxan təlimi qəbul et, Onun sözlərini qəlbində saxla.
Külli-İxtiyara tərəf dönsən, Əvvəlki halına düşərsən. Çadırın şərdən uzaq olsa,
Qızılını torpağa, Ofir qızılını dərədəki çınqıllığa atsan,
Külli-İxtiyar sənin qızılın olar, Qiymətli gümüşün olar.
Onda Külli-İxtiyardan zövq alarsan, Allaha üz tutarsan.
Ona yalvarsan, səni eşidər, Etdiyin nəzirləri yerinə yetirərsən.
O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər.
İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər.
O, günahsız olmayanı belə qurtarar, Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».
irəli
1
. . .
16
17
18
19
20
21
22
23
24
25
26
27
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.