|   | 
	
		
		- Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar. 
 - Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır. 
 - Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir. 
 - Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir. 
 - Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir. 
		
   | 
	  |