- Əyyub misal çəkərək dedi: 
 - «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun, 
 - Nə qədər canımda can, Burnumda Allahın nəfəsi varsa, 
 - Ağzımdan pis söz çıxmayacaq, Dilim yalan danışmayacaq! 
 - Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm, Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm. 
			
   | 
			
- Then Job continued his discourse and said,
 - "As God lives, who has taken away my right, And the Almighty, who has embittered my soul,
 - For as long as life is in me, And the breath of God is in my nostrils,
 - My lips certainly will not speak unjustly, Nor will my tongue mutter deceit.
 - "Far be it from me that I should declare you right; Till I die I will not put away my integrity from me.
			
   |