Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
22
23
24
25
26
27
28
29
30
31
32
33
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 28 [Azerbaycan]
Gümüşün mədəni, Qızılın təmizlənmə yeri var.
Dəmir torpaqdan çıxarılır, Mis daşlardan əridilərək alınır.
İnsan qaranlığa son qoyur, Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.
İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.
Torpaqdan çörək çıxır, Torpağın altı isə fırlanır, elə bil odlar yanır.
Qayalarından göy yaqut çıxır, Orada qızıl tozu da var.
Oranın yolunu yırtıcı quşlar bilmir, Şahinin gözü oranı görməyib.
Ora məğrur heyvanların ayağı dəyməyib, Yırtıcı aslanlar oradan keçməyib.
Mədənçi əlini çaxmaq daşına uzadır, Dağları dibindən oynadır.
Qayalardan yeraltı keçidlər açır, Gözləri müxtəlif qiymətli şeylərə baxır.
Çayların mənbələrini bağlayır, Gizlini aşkara çıxarır.
Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı?
İnsan onun qiymətini bilməz, Dirilər arasında ona rast gəlməz.
Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”.
Saf qızıl onu əvəz edə bilməz, Qiyməti gümüşlə ölçülməz.
Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
Nə qızıl, nə də gözəl cam ona tay deyil, Hikmət saf qızıl qablarla əvəz edilmir.
Yanında mərcanın, büllurun adı çəkilməz, Hikmətin qiyməti yaqutdan artıqdır.
Kuş topazı onun tayı deyil, Onun dəyəri saf qızılla ölçülməz.
Bəs hikmət haradan gəlir? Müdrikliyin yeri hanı?
O bütün canlıların gözündən uzaqdır, Göydə uçan quşlardan belə, gizli qalır.
Həlak yeri ilə ölüm belə deyir: “Qulaqlarımız yalnız sorağını eşidir”.
Onun yolunu Allah dərk edir, Yerini yalnız O bilir.
Çünki yer üzünün ucqarlarına qədər baxır, Göylərin altındakı hər şeyi görür.
Küləyin gücünü təyin edəndə, Suları ölçəndə,
Yağışa qanun qoyanda, Şimşəyə yol açanda
Hikmətə baxıb qiymət qoydu, Onu bərqərar edib araşdırdı.
İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”».
irəli
1
. . .
22
23
24
25
26
27
28
29
30
31
32
33
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.